Mədəniyyət nazirinin yeni müavini Murad Hüseynov KİMDİR? - DOSYE 

Mədəniyyət nazirinin yeni müavini Murad Hüseynov KİMDİR? - DOSYE 

Hazırda oxunan: Mədəniyyət nazirinin yeni müavini Murad Hüseynov KİMDİR? - DOSYE 

123250

Xəbər verdiyimiz kimi Prezidentin sərəncamına əsasən Murad Hüseynov Azərbaycan mədəniyyət nazirinin müavin təyin olunub. 

Bizim.Media xəbər verir ki, M.Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Murad Hüseynov mədəniyyət nazirinin müavini TƏYİN EDİLDİ 


O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib.

1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.  

O, Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.  

Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır. 

Qeyd edək ki, yeni təyinatadək M. Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO