Moderator.az-ın məlumatına görə, beynə zərər vuran qidalar arasında ilk pillədə şəkər və şəkər məhsulları qərarlaşıb. Müntəzəm olaraq şəkərdən istifadə edilməsi sonda nevroloji problemlərə səbəb olur. Eyni zamanda şəkərin insan yaddaşını zəiflətdiyi də təsbit edilib. Mütəxəssislər öyrənmək qabiliyyətini zəiflədən şəkərdən uzaq dayanmağı məsləhət görür.
Beyin üçün digər bir zərərli maddə spirtdir. Spirtin qaraciyəri iflas etdirdiyi bilinir. Ancaq az bilinən digər təsiri də beyni qurutmasıdır. Alkoqol sağlam düşünmə qabiliyyətini və yaddaşı zəiflədir.
Montreal Universitetində aparılan bir araşdırmadan "fast food" məhsulların beynin funksiyalarına mənfi etdiyi bəlli olub. Bu da depressiya və digər problemlərə gətirib çıxarır.



Qızarmış yeməklər, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular da beyinə zərər vurur. Bunlar həm uşaqlarda, həm də yetkin şəxslərdə ciddi beyin zədələnməsinə səbəb olur.
Əvvəlcədən bişirilmiş qidalar da insan beyni üçün təhlükəlidir. Eynilə qızarmış qidalar kimi vaxtı keçmiş qidalar da mərkəzi sinir sisteminə zərər verir.
Duzun ürəyə zərər verdiyini hər kəs bilir. Bilinməyən digər bir şey isə duzun içindəki natrium ilə bağlıdır. Duz beynə zərər vurur və düşünmə qabiliyyətini zəiflədir.
Taxıl bitkilərinin hamısı beyin funksiyalarına zərər verir. Əgər çox taxıl yesəniz bu sürətli yaşlanmanıza da gətirib çıxaracaq.
Zülallar əzələ yaradır. Ət isə ən yüksək keyfiyyətdə ən zəngin zülal qaynağıdır. Ancaq sosiska, kolbasa və bənzəri qidalardan uzaq durmaq məsləhətdir.





İnsanlar zəifləmək üçün şəkər yerinə bəzən süni dadlandırıcıdan istifadə edirlər. Bunların daha az kalori ehtiva etdiyi doğru olsa da faydasından çox zərəri var. Süni dadlandırıcı uzun müddət istifadə edilərsə beyində zehni pozuntulara gətirib çıxarar.
Nikotinin zərərlərini isə saymaqla bitməz. Beyinlə əlaqədar olanına gəlincə isə bədəninizin ən əhəmiyyətli orqanı olan beyninizə qan getməsini mane olur. Beyinə qan getməzsə oksigen də getməz. Bu da beyninizin yavaş-yavaş ölməsinə gətirib çıxarır.







































































































