“Mircəfər Bağırov proqramda Mirzağa Əliyevin Âxa0adını görüb”¦”x9d

“Mircəfər Bağırov proqramda Mirzağa Əliyevin Âxa0adını görüb”¦”x9d

Hazırda oxunan: “Mircəfər Bağırov proqramda Mirzağa Əliyevin Âxa0adını görüb”¦”x9d

156572


Moderator.az saytı Azərbaycan Milli-Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri, gənclik yaşlarından milli davanın təmənnasız, fədakar əsgəri olaraq sovetlərin ən güclü vaxtından üzü bəri tarixi proseslərə, saysız-hesabsız hadisələrə şahidlik etmiş, həmin proseslərin, hadisələrin iştirakçısı, bayraqdarı olmuş Yaşar Türk-Azərin indiyədək heç yerdə yayımlanmayan, hamı tərəfindən maraqla qarşılanacaq xatirələrini təqdim edir. Birinci yazımızda Yaşar Türk-Azərin "Azad qadın" heykəlinin sirri haqqında məlumat vermişdik.xa0

Bu dəfə isə Xalq artisti, ölməz aktyor Muxtar Afşarovun Yaşar Türk-Azərə danışdığı maraqlı xatirələri təqdim edirik:


Böyüyüb it olacaqsan”¦

Qocaman aktyor Muxtar Avşarov danışırdı:
- 1925-ci il idi. Bir gün məni pionerə qəbul etdilər.
Mən sevincək evə gələrək, pioner qalstukumu babama göstərib dedim:
- Baba, mən pioner olmuşam.
Babam soruşdu:
- Bala, piyaner nədir?
Dedim:
- Gənc Leninçi.
Və pionerin nə olduğunu babama başa saldım. Babam soruşdu:
- Ondan sonra nə olacaqsan?
Dedim:
- Komsomol.
- Bəs sonra?
- Bolşevik.
Babam dedi:
- Bala, deməli indi küçüksən, böyüyüb it olacaqsan.


Türk səhnəsinin rus fədaisi”¦

- Otuzuncu illərin sonları idi. Mən o vaxt Gəncə Dram Teatrosunda işləyirdim. Bir gün teatroda V.Vişnevskinin "Nikbin faciə" tamaşası gedirdi. Komissar rolunda Hüseyn Ərəblinskinin kəşf etdiyi və Abbas Mirzə Şərifzadənin "Səhnəmizin məxfurəsi" (fəxri) adlandırdığı Məxfurə xanım (Mariya Frolovna ”“Yermakova, 1900-1981) oynayırdı. Mən onun qrim otağının yanından keçəndə gördüm ki, otağın qapısı açıqdır və Məxfurə xanım komissar paltarında səhnəyə getməyə hazırlaşır. Birdən, o, qoynundan xaç çıxararaq, rus dilində dedi:
- Ulu Tanrım, bilirsən ki, bu mənim sənətimdir və mən onu çox sevirəm. Ulu Tanrım, məni bağışla və xeyir-dua ver.
Məxfurə xanımın bu hərəkəti böyük cəsarət, Sovet hakimiyyətinə olan iç etirazın, həmçinin onun böyük sənətə və Azərbaycan Türk Teatrosuna olan Böyük EŞQ-in göstəricisi idi.


Onun üçün şıdırğı vurmalıyam?

- Bir gün AKP MK-nın birinci katibi Mircəfər Bağırovla Nazirlər Sovetinin sədri Teymur Quliyev Azərbaycan Dövlət Dram Teatrosuna gəldilər. Onları Teatronun bədii rəhbəri Adil İsgəndərov qarşıladı. M.Bağırov proqramı istədi və orada Mirzağa Əliyevin adını görüb, sevincək Teymur Quliyevə dedi:
- Teymur, Mirzağa oynayacaq a!
Sonra dönüb A.İsgəndərova dedi:
- Ədil, Mirzağa keçən dəfə yaxşı oynamamışdı.
Sonra, o, Teymur Quliyevə tərəf dönərək, görünür yolda yarımçıq qalmış söhbətini davam etdirdi. Bundan istifadə edən A.İsgəndərov səhnə arxasına, Mirzağa Əliyevin qrim otağına gəlib dedi:
- Qadam, yoldaş Bağırovla, Teymur Quliyev gəliblər. Yoldaş Bağırov sənin adını proqramda görüb sevindi, amma, keçən dəfəki oyunundan narazılıq etdi.
M.Əliyev hirslə dedi:
- Nədi, mən onunçun səhnədə şıdırğı vurmalıyam?
A.İsgəndərov onu birtəhər sakitləşdirib hökumət lojasına qayıtdı.
Tamaşa başlayandan bir az sonra M. Bağırov A.İsgəndərova dönərək dedi:
- Ədil, Mirzağa həmişəki kimi oynamır ha...
A.İsgəndərov cavab verdi:
- Yoldaş Bağırov, Mirzağa xəstədir, sizin gəlməyinizi eşidib, qızdırmalı halda yataqdan durub gəlib.




Rumiyyə MİRASLAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO