Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.
Moderator.az yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi”x9d əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib.
Beləliklə, əsərin altıncı hissəsi ilə tanış olun.
Beşinci hissəni bu linkdən oxuya bilərsiniz:
Məhəmməd Davudi ilə birlikdə Həcc yolçuluğunda olan Göyəm kənd sakini Hacı Abdulla söhbət edirmiş ki, dəniz yolu ilə, Hörmüz boğazını keçməklə Məkkəyə gedirlərmiş. Gəmidə sıxlıq olduğundan, namaz vaxtı çatanda, Məhəmməd Əfəndi çuxasını dənizin üzərinə sərərək, suyun üstündə namaz qılmağa başlamış və o, bunun şahidi olmuşdur. Sonda Şeyx, Hacı Abdulladan soruşmuşdur ki, “nə gördün?”x9d Həmyerlisinin heyrət içində donub qaldığını görən Davudi: “Adam çox şey görər, amma hər gördüyünü də danışmaz. Bu gördüyünü də, mən ölənə qədər danışma”x9d, ”“ deyib.
Qeyd edim ki, İslam tarixində suyun üzərində gəzən və yaxud suyun üzərində ibadət edən bir çox övliyalar olmuşlar ki, onlardan İmam Şafiinin (VIII əsr), Bəhaüddin Şahi Nəqşibəndin (XIV əsr), Lələli Şeyx Yunis Əfəndinin (XIX əsr) və digər kəramət sahiblərinin adlarını çəkmək olar ki, Hacı Məhəmməd Əfəndi də onlardan biridir. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, Davudidən əvvəl su üzərində gəzən Allah dostlarından bir neçə əhvalatı diqqətinizə çatdırıram:
İmam Şafiinin su üzərində gəzməsi
Harun ər-Rəşidə hər il Bizans imperatorluğundan vergi olaraq çoxlu mal-dövlət göndərilərdi. Bir il müsəlman alimləri ilə disput keçirmək üçün rahiblər göndərildi. Dedilər ki, bizə qalib gəlsəniz, mal- dövləti qoyub gedəcəyik, yoxsa geri qaytaracağıq. Dörd yüz nəfər rahib gəlmişdi. Xəlifə əmr etdi ki, bütün müsəlman alimləri Dəclə çayının kənarına toplaşsınlar. Sonra o, imam Şafiini də çağırtdırdı və buyurdu ki, “onlara sən cavab verəcəksən”x9d. İmam Şafii səccadəsini çiyninə alıb çaya doğru getdi. Səccadəni suyun üstünə salıb oturdu və buyurdu ki, mənimlə disput etmək istəyənlər buraya gəlsinlər. Bu halı görüncə, oradakı bütün xristianlar İslamı qəbul etdilər. Xəbər gedib çatdı Bizans imperatoruna və o, məsələdən hali olub dedi: “ Allaha şükür ki, o adam (imam Şafii) buraya gəlməyib. Əgər buraya gəlsəydi, buradakıların hamısı müsəlman olardı”x9d.
Bəhaüddin Xram çayını necə keçdi
Bəhaüddin Şahi Nəqşibənd Xarəzmə getmək üçün yola çıxmışdı. Şeyx Şadi də onun xidmətində idi. Xram çayına yetişəndə şeyx Şadiyə əmr edir ki, suyun üstü ilə getsin. Şeyx Şadi qorxur. Bir dəfə də əmr edir. Şeyx Şadi yenə gedə bilmir. O zaman elə baxışlarla nəzər salır ki, şeyxin ürəyi gedir. Özünə gələndə ayağını suyun üstünə qoyub getməyə başlayır. Bəhaüddin həzrətləri də onun ardınca gedir, onu ötüb deyir: “Göstər görüm, başmaqların heç islandımı?”x9d Şeyx Şadi baxıb gördü ki, Allah- Təalanın qüdrəti ilə azca da olsun, islanmamışdır.
Kəramət göstərməkdə qadının rolu
Burada haşiyə çıxaraq Qax rayonunun Lələli kəndində yaşamış kəramətli övliya Şeyix Yunis Əfəndi ilə, həyat yoldaşı arasında baş verən maraqlı bir əhvalatı qiqqətinizə çatdırıram:
Bir gün həyat yoldaşı ona deyir ki, sənin kəramət ğöstərməyində mənim də az da olsa, payım var. Yunis Əfəndi həyat yoldaşının fikri ilə razılaşmır və ona istehza edir. Səhəri gün qadın, meşəyə odun qırmağa gedən həyat yoldaşına yemək bağlaması verib yola salır. Yunis əfəndi meşədən qayıdanda həmişəki kimi, Alazan çayının üzərindən yeriyərək keçmək istəyir. Amma, nə qədər cəhd etsə də, buna nail ola bilmir. Hər dəfə ayağını suya qoyanda, qurşağa qədər suya batır. Əlacsız qalıb, uzun bir məsafə qət edərək, Alazanın dayaz yerindən keçir. Evə gələndə həyat yoldaşı niyə belə gec gəldiyini soruşur. Övliya cavab verir ki, həmişə Alazanın üstündən yeriyərək keçirdim; bu gün keçə bilmədim, ona görə gec gəldim. Qadın gülüb deyir: “Ay kişi, sənə demədim ki, sənin kəramət göstərməyində mənim də payım var?! Bunu sənə sübut etmək üçün səhər xəmiri dəstamazsız və başıaçıq yoğurdum, həmin çörəkdən də dəsmala bağlayıb sənə verdim. Onu yeyəndən sonra kəramət göstərə bilmədin. İndi bil ki, sənin kəramətində mənim də payım var?!”x9d.
Yeri gəlmişkən, Car kəndindən olan qoca bir qadın Məhəmməd əfəndini günorta evinə qonaq dəvət edir ki, rəhmətə getmiş valideynlərinə Quran oxutdursun. Lakin, günorta nahar yaxınlaşmasına baxmayaraq, qadın toyuğun başını kəsməyə kişi xeylağı tapmır. Qonaqların qarşısında utanmamaq üçün əlaczız qalıb, toyuğu özü kəsməli olur. Fikirləşir ki, yəqin bunu heç kəs bilməz...
Məhəmməd əfəndi yeməyin suyunu yesə də, ətinə əl vurmadı. Sonra qonaqların yanında ev sahibəsini yanına çağırdı. Ağzını açaraq qadına dedi: - Bax gör ağzımda nə görürsən? Qadın gördüyü mənzərədən heyrətə düşdü; bayaq özü başını kəsdiyi toyuğu gördü; övliyanın ağzında başı kəsilmiş halda atılıb-düşürdü. Eynən bayaq həyətdə çabaladığı kimi çabalayırdı... Qadın Məhəmməd əfəndinin qarşısında diz çöküb üzr dilədi. Davudi dedi:
- Sənin günahın yoxdur, pis niyyətlə etməmisən, amma bil ki, bu toyuğun ətini kişi xeylağı yeməz...
HACI MƏHƏMMƏD ƏFƏNDİ ”“ ARİFLƏRİN QÜTBÜ
Ariflərin ən məşhuru, yüksək elmlər və mərifətlər sahibi, ariflərin başı olan zata qütb-ül-arifin, yaxud, Qütb-i irşad deyilir. Qütb-i irşad aləmin irşadına (doğru yolu tapmasına) və hidayətinə (səadətə və qurtuluşa çatmasına) vəsilə olan vəli zat, mürşid deməkdir. O, İmam Rəbbaninin də buyurduğu kimi aləmin irşadı və hidayəti üçün feyzlərin gəlməsinə vasitə olur.
Qütb-i irşad hər zaman olmur. Öylə zamanlar olur ki, aləm imandan və hidayətdən büsbütün məhrum qalır. Rəsulullah əfəndimiz dövrünün qütb-i irşadı idi. Qütb-i irşadın vasitəsi ilə bütün insanlara iman və hidayət gəlməkdədir. Fəqət qəlbi pozuq olanlara nə qədər feyzlər gəlsə də, onlara faydası olmaz. Bu, şəkər xəstəsinə verilən qiymətli qidaların onun qanında zəhər halına gəlməsi kimidir. Yaxud ağzının dadı qaçan xəstənin ən dadlı qidaları dadsız bilməsi kimidir.
Qütb-i irşad kamil və mükəmməl, yetişmiş və yetişdirəbilən olur. Əsrlərdən, uzun illərdən sonra bir dənəsinə rast gəinirsə yenə böyük nemətdir. Hər şey onunla nurlanır. Onun bir baxışı və bir kəlmə sözü qəlblərdən çox mərəzləri yox edər.
Yenə böyük vəli İmam Rəbbani bu mövzuda bunları söyləmişdir: “Kəmali-fərdiyyəyə də sahib olan qütb-i irşad çox az bulunur. Əsrlərdən, çox uzun zamanlardan sonra belə bir gövhər dünyaya gəlir. Qaralmış olan aləm onun gəlişiylə aydınlanır. Onun irşadının və hidayətinin nurları zaman-zaman bütün dünyaya yayılır. Hər kəs ondan feyz alır. Arada o olmadan kimsə bu nemətə qovuşmaz. Onun hidayətinin nurları ən qüvvətli radio dalğaları kimi bütün dünyaya yayılar. O böyük zatı tanıyan və sevən bir kimsə onu düşünürsə, yaxud o bir kiməsni sevər, onun yüksəlməsini istərsə, o kimsənin qəlbində sanki bir pəncərə açılar; bu yolda sevgi və ixlasına görə qəlbi o dəryadan daim feyz alar. Bunun kimi bir kimsə Allah-təalanı zikr edirsə və bu zatı heç düşünməzsə, məsələn onu tanımazsa, yenə ondan feyz alar. Fəqət birinci feyz daha böyük olar. Onu inkar edər, yaxud, bəyənməzsə, bu böyük zatın qəlbini qırmışsa, Alah-təalanı zikr etsə belə rüşd və hidayətə qovuşmaz. Ona inanmaması və yaxud qəlbini qırması feyz yolunu qapadar. O zat bunun zərərini istəməsə belə, hidayətə qovuşmaz. Rüşd və hidayət var görünürsə də, əslində çox azdır, yaxud faydasızdır. O zata inanan və sevənlər onu düşünməsələr və Allahı zikr etməsələr belə, yalnız sevdikləri üçün rüşd və hidayətə qovuşarlar”x9d.
Araşdırmalarımız göstərir ki, Hacı Məhəmməd Əfəndi öz dövrünün qütb-ül-arifi, (Qütb-i irşadı) olmuşdur.
DAVUDİ SOYU
Hacı Məhəmməd Əfəndinin özündən əvvəlki nəsli haqqında kitabın əvvəlində məlumat verdik. Əlavə olaraq qeyd edim ki, onun Herov və Tinov adlı iki qardaşı, Aişə adı ilə bizə məlum olan bir bacısı olmuşdur.
Əfəndi bizə məlum olan Həvva, Məryəm, Əminət, Maniya adlı qadınlarla ayrı-ayrı vaxtlarda ailə qurmuşdur. Onlardan biri dünyasını dəyişəndə digəri ilə evlənmiş, beləliklə, eyni vaxtda birdən artıq arvadı olmamışdır. Həvvanı boşamışdır. Sonuncu arvadı Maniya 1944-cü ildə 93 yaşında rəhmətə getmişdir.
Bu qadınların heç birindən övladı olmadığından, qardaşı Tinovun oğlu Osmanı övladlığa götürmüşdür.
Məhəmməd Davudinin Herov adlı qardaşının isə, Abdurahman adlı yeganə övladı Nikolay hökuməti zamanında jandarm idarəsində işləmiş, 1933-cü ildə Sovet hökuməti tərəfindən Qazaxıstana sürgün olunmuşdur. Onun sürgün həyatında da maraqlı məqamlar vardır. Belə ki, sürgün olunduqları kənd, tez-tez quldurların hücumuna məruz qalırmış. Quldurlara qarşı mübarizədə böyük təcrübəsi olan Abdurahman, bir neçə nəfəri səfərbər edərək, pusqu qurur və quldurları zərərsizləşdirir. Bundan sonra onu həmin kəndə rəhbər təyin edirlər. İki il yarım sürgündə qalan Abdurahman 1936-cı ildə azad olsa da, bir ildən sonra yenidən sürgün olunur və geri qayıtmır. Onun Abdulhəmid, Xacay, Fatimət, Həfsət, Səidət və Məhəmmədəfəndi adında övladları qalmışdır.
Hacı Məhəmməd Əfəndi çox duyumlu övliya imiş. Həyat yoldaşı Maniya danışırmış ki, qonaq gələndə, qa¬baq¬cadan duyarmış və hazırlıq görməyi tapşı¬rarmış. Uzaqdan gələn qonaqlar üçün bir qayda olaraq, qabaqcadan plov dəmlədərmiş.
Dünyasını dəyişəndə, vəsiyyət edib ki, “məni Ömərxanın yanında dəfn edərsiniz”x9d. Lakin vəsiyyətə əməl etməyib, yaxınlıqda qəbir qazmaq istəyiblər. Nə qədər çalışsalar, da böyük daşlara rast gəldiklərindən, məqsədlərinə nail ola bilməyiblər. Nəhayət, Əfəndinin həyat yoldaşı, Manya xanım işə müdaxilə edərək, qəbrin vəsiyyətə uyğun olaraq, məscidin həyətində qazılmasını tapşırıb.
Uzaqgörən Məhəmməd Əfəndi onu da bildirib ki, “qəbrimin yanında gələcəkdə kafirlər məskən salacaq. Onda mən orada olmayacağam. Amma ziyarətimə gələnləri biləcəyəm”x9d.
Xatırladım ki, hazırda övliyanın qəbrinin yanında turist bazası yerləşir.
Övliyanın ölümündən yüz ilə yaxın bir vaxt keçsə də, onun yüz il bundan qabaq dediyi öncəgörmələr, bu gün özünü doğrultmaqdadır. Onların bəzilərinə nəzər salaq:
-Bir zaman gələcək, dünyanın bu başında olan adam, o biri başında olan adamla danışacaq.
- Bir vaxt da gələcək, həmin adamlar biri-birlərini görəcəklər.
(Bu xəbər telefonun və televizorun, internetin meydana çıxacağına işarə idi).
-Vaxt gələcək, insanlar çoxlu hündür evlər, hasarlar tikəcəklər. Lazım oldu-olmadı, hamı çoxlu ev tikməyə çalışacaq. Onda bilərsiniz ki, dünyanın sonu yaxınlaşıb (şərhsiz).
- Müsəlmanın ən qəddar düşməni ermənidir. Onlardan həmişə özünüzü qoruyun!...
Onu da qeyd edim ki, Davudinin zəngin kitabxanası olmuş, ölümündən sonra isə, sovet dövrü başladığından və dini kitablar qadağan olunduğundan, varisləri tərəfindən evin damında gizlədilmişdir. Sovet hökuməti dağıldıqdan sonra isə, bəzi adamlar bu kitabları muzeyə vermək adı ilə aparmışlar. Lakin bu kitabı yazarkən bütün muzeyləri və fondları axtarsam da, həmin kitabları əldə edə bilmədim.
Yeri gəlmişkən, Davudi soyundan olan rəhmətlik Hacı Mədinə xanım söhbət edirdi ki, Məhəmməd əfəndi babamın kitablarından birini qardaşımgildən gətirib öz evimizə qoydum. Hər gün dəstəmaz alandan sonra o kitabı götürüb öpüb, sonra yerinə qoyardım. Bir gecə yuxuda babamı gördüm: mən kitabı öpdükcə, baxıb məmnunluqla gülümsünürdü...
Davudi soyunun digər nümayəndəsi 87 yaşlı Fatimə Mirzəyeva söhbət edir ki, bir gün yuxuda Məhəmməd əfəndini gördüm: yanımda durmuşdu, göyün üzündə Günəşlə Ay, onların da arxa tərəfində “La İlahə İlləllah, Məhəmməd ən Rəsul Allah”x9d yazılmışdı. Dedi: “Bilirsənmi bu nədir?”x9d Dedim: “bilmirəm”x9d. Dedi: “Gələcəkdə Məhəmmədin (Ona Allahın salamı olsun!) dini yüksələcək və bütün dünyaya yayılacaq”x9d...
(ardı var)







































































































