Dünya yaranandan üzü bəri insan oğlu bir - birinə qənim kəsilib, Adəmlə Həvva dönəmindən dəbdə olan qətllər və terror bu günümüzədək forma və məzmunca transformasiya olunaraq gəlib çıxıb.xa0
2001-ci ilin 11 sentyabr terrorundan sonra "beynəlxalq terrorizm" termini dillər əzbəri oldu. Halbuki terrorun tarixi qeyd etdiyimiz kimi çox uzaqlara gedir...
Azərbaycan da əsrlərlə terrorun gətirdiyi saysız-hesabsız bəlalarla üz-üzə qalıb və bu gün beynəlxalq terrorizmin hərəkətverici qüvvəsi olan erməni terrorizmi ilə savaşda qurbanlar verməkdəyik...
Qonşumuz Gürcüstan da terrordan az çəkməyib. Bu mövzu Gürcüstan cəmiyyətinə də yad deyil. Bu ölkə də zaman-zaman Rusiyanın fitnəkar siyasətinin fəsadlarına sinə gərməyə məcbur edilib...
Dəyərli oxucu, beləliklə Moderator.az kimsəyə yad olmayan bir mövzuya həsr olunmuş olduqca maraqlı bir kitabın bəzi fəsillərinin təqdimatına başlayır.xa0
Bu, hansısa istedadlı qələm sahibinin xəyallarında quraşdırıb oxucuda heyrət və dəhşət doğurmağa çalışdığı kitab deyil. Bu, Gürcüstanın tarixində müstəsna xidmətləri olan eks prezident Eduard Şevardnadzenin «Keçmiş və gələcək barədə fikir» adlı son dərəcə maraqlı memuarıdır. Məmnun qalacağınıza şübhə yeri yox...
Əvvəlini bu linkdən oxumaq olar----moderator.az/news/122109.html
3-cü hissə...

...Elə bu yerdəcə qeyd edim ki, sözügedən dövrdə mənim azərbaycanlı silahdaşım, Gürcüstan Dövlət Mükafatı laureatı, yazıçı İmir Məmmədli iki ölkə arasında çoxəsrlik mədəni əlaqələrin və millətlərarası münasibətlərin möhkəmlənməsində və sonrakı inkişafında danılmaz rol oynadı.
Yenidən neft mövzusuna qayıtmaq istərdim: Bakı-Supsa ilkin neft borusu tez bir zamanda ”“ 6-7 ay ərzində inşa olundu. 1999-cu ildə onun təntənəli açılışı zamanı Heydər Əliyev, Ukraynanın o vaxtkı prezidenti Leonid Kuçma və mən iştirak edirdim.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikilişi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı.xa0
Bu gün Heydər Əliyevin işini və ölkələrimizin qardaşlıq ənənələrini onun oğlu ”“ böyük ziyalı, gənc dövlət xadimi İlham Əliyev davam etdirir. O, atasının irsinə dəyərli şəkildə başçılıq edir və Azərbaycanda, eləcə də Gürcüstanda böyük inam və nüfuz qazanıb.xa0
Qeyd etmək istəyirəm ki, bu layihəni dəstəkləməkdə xa0və Gürcüstan-Türkiyə əlaqələrinin yaxşılaşdırılmasında Türkiyənin keçmiş baş naziri, sonra isə prezident seçilmiş Süleyman Dəmirəlin və onu baş nazir vəzifəsində əvəz edən xanım Tansu Çillərin böyük rolu olmuşdur.
Süleyman Dəmirəl Gürcüstana ilk dəfə (baş nazir kimi) 1992-ci ilin iyun ayında səfər etdi. O, Gürcüstana böyük nümayəndə heyətilə ”“ nazirlər, ictimai xadimlər, bir vaxt Gürcüstandan Türkiyəyə köçürülmüş şəxslərlə (onlar İslam dinini qəbul etsələr də, bəziləri gürcü dilini hələ də bilirdilər) gəlmişdi.

Nümayəndələrin ümumi toplantısında onlardan biri, deputat Rafaydın Şahin (Lordkipanidze) çıxış etdi və oradakıları gürcü dilini mükəmməl bilməsilə təəccübləndirdi.xa0
Əsas müqavilələr də elə o zaman imzalandı. Sonralar mən Türkiyəyə on bir dəfə səfər etdim (onlardan dördü rəsmi səfər idi). Məclislərdə çıxış edir, ictimaiyyətlə görüşürdüm.
Tansu Çillər və prezident Süleyman Dəmirəl Axalsix-Ardaqani nəzarət-buraxılış məntəqəsinin açılışında iştirak etdilər. Daha sonra onlar Tbilisiyə rəsmi səfər etdilər. Türkiyə və Gürcüstan rəhbərliyi və ictimaiyyət nümayəndələrinin görüşləri sistematik xarakterə malik oldu. Süleyman Dəmirəlin Gürcüstana prezident kimi səfəri dörd dəfə (1994, 1995, 1997 və 2000-ci illərdə) baş tutmuşdu. Bu isə bizim əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırırdı.xa0
Bu cür əhəmiyyətli və sülhməramlı real bir layihə ölkəmiz üçün bir çox düşmənlər qazandırdı. Bu, Rusiya üçün qəbulolunmaz idi. Ona görə də, layihənin həyata keçirilməsinə mane olmaq üçün əlindən gələn hər şeyi etdi. xa0
Layihənin həyata keçirilməsi 1998-ci il üçün məlum oldu. Mən, layihənin təşəbbüskarı kimi Azərbaycan prezidenti Heydər Əliyev, ABŞ prezidenti Bill Klinton, Türkiyə prezidenti Süleyman Dəmirəl layihənin həyata keçirilməsini dəstəkləyirdik. Qeyd etmək istəyirəm ki, layihəni dəstəkləyənlər arasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev də var idi.xa0
Sanki hər şey yaxşı idi, amma gözlənilmədən məni fiziki cəhətdən məhv etmək və mənim varlığıma son qoymaq məqsədilə yenə də terror aktı”¦
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Həmin günü, 1998-ci ilin 9 fevralını, bazar ertəsini yaxşı xatırlayıram. Həmişəki kimi dövlət dəftərxanasından evə ”“ Krtsanisi hakimiyyət iqamətgahına tərəf gedirdim. Gec idi. İstintaq zamanı dəqiqləşdirildi ki, saat 23:20 dəqiqə imiş.
Eskortum bir neçə avtomobildən ibarət idi. Qarşıda polis və mühafizə avtomobilləri gedirdi. Arxada da mühafizə avtomobilləri müşayiət edirdi. Təlimat qaydalarına uyğun olaraq yüksək və qeyri-bərabər sürətlə irəliləyirdik.
Araqveli Abeliskinin yaxınlığından keçərkən partlayış səsi eşitdim və mənim «Mercedes» markalı zirehli avtomobilimin ön hissəsinə minaatandan atılmış iki mərmi dəydi. Zireh zərbənin təsirini özündə neytrallaşdırdı. Bu isə bizi xilas etdi. Daha sonra isə avtomat səsi eşidildi və avtomobilin arxa hissəsindən üçüncü mərmi dəydi. Mühərrik söndü. Asfalta maye tökülməyə başladı və inersiya ilə təxminən 100 metr sürüşdük. Sürücü avtomobili kor-koranə idarə edirdi, çünki şüşənin üst hissəsi çatlamışdı və heç nə görünmürdü. Mühərriki işə salmağa çalışırdı, amma necə işlədə bilərdi? Mühərrik tamamilə sıradan çıxmışdı.xa0

Bu zaman avtomobildə sürücü, dövlət xüsusi xidmət mühafizəsi rəisi və mən otururdum.
Mühafizəçilər atışmaya qoşuldular və cavab atəşi açdılar. Terrorçuların diqqəti onlara yönəldi və mənim sürüşmüş avtomobilim diqqətdənkənar qaldı. Biz dayanarkən qarşıda heç olmasa bir terrorçu olsaydı, elə oradaca hamımızı öldürəcəkdi. Avtomobili alov bürümüşdü. Avtomobildə qalmaq və ya düşmək çox təhlükəli idi. xa0xa0
Biz yolda yenə də kimlərinsə gizlənib-gizlənməməsindən xəbərdar deyildik. Atışma davam edirdi, amma səs uzaqdan gəlirdi ”“ orada çox böyük mübarizə gedirdi, biz yaddan çıxmışdıq. Mühafizəçilərimin güllələri qurtarmışdı. Mərkəzdən çağırılmış yardımçı qüvvə artıq gəlmişdi. Terrorçular isə xilas olmağa çalışırdılar.
Biz avtomobili saxlayarkən mühafizənin xüsusi xidmət rəisi Vaxtanq Kutatelidze yaxınlıqda dayanmış bir yol polisini çağırdı.xa0
O, çox vahiməli olsa da, qoçaqlıq nümayiş etdirdi. Öz kiçik avtomobilini «Mercedes»in qapısına yaxınlaşdırdı. Belə ki, mən onun avtomobilinə keçərkən güllə mənə qədər çata bilməsin. Tez həmin avtomobilə keçdik və Krtsanisiyə tərəf irəlilədik.
Həmin ağrını hələ də unuda bilməmişəm ki, terror aktı zamanı mənim iki mühafizəçim sui-qəsdin qurbanına çevrildi. Çox yaxşı insan idilər: Kaxa Şevardenidze və Davit Kokauri. Digər mühafizəçilər ”“ Lado Kaxetelidze və Arçil Sabedaşvili ağır yaralanmışdılar. Onlar olmasaydılar hamımızı elə avtomobildəcə qıracaqdılar.
Terrorçulardan biri ”“ Rusiya vətəndaşı həlak oldu. Sonradan məlum oldu ki, Çeçenistanın rus hərbi bazasında təlim keçib. Digərləri isə qaçmağa müvəffəq oldular. Güman edilir ki, onlar da rus hərbi bazasının köməkliyi ilə qaça bildilər.
Mənim xilasımda əsas rolu sürücüm Givi Elizbaraşvilinin təmkinli olması və düşüncə ilə hərəkət etməsi də böyük rol oynadı. O, yüngülcə yaralanmışdı.xa0
«Mercedes» və mühafizəçilərin bir neçə avtomobili ABŞ prezidentinin əmrilə alınmışdı. Onlar mənim mühafizəmi də, müvafiq xərcləri də öz üzərlərinə götürmüşdülər. Daha sonra həmin avtomobili «Mercedes» zavodundan gəlmiş ekspertlər yoxlanışdan keçirdilər. Mən də baxdım və necə xilas olmağımıza və hansı qüvvənin bizi xilas etməsinə çox təəccübləndim. «Mercedes» kompaniyası sonradan başqa bir zirehli avtomobil göndərdi. Onlardan çox razıyam. Yeni avtomobil də eynilə ondan əvvəlki kimidir, azca rəngləri fərqlənir. Mənə hələ də mükəmməl şəkildə xidmət edir, amma həmin sıradan çıxmış avtomobil indi qarajdadır. O, indi həyata keçirilməmiş terror aktının maddi sübutu kimi qalmaqdadır.xa0
Sonradan məlum oldu ki, həyata keçirə bilmədikləri bu sui-qəsdi 6 ay ərzində Çeçenistanın Rusiya hərbi bazalarında hazırlamışdılar.
Yeri gəlmişkən, bu akt bir gün əvvəl həyata keçirilməli imiş, amma həmin gün gözlənilmədən işdən evə tez getmişdim, terrorçular xəbər alsalar da, həmin yerə çata bilməmişdilər.
Terror aktından qısa bir müddət keçmişdi. Rusiya Federasiyasının baş naziri ”“ Tbilisidə doğulub böyümüş bir insan Yevgeni Primakov hərbi texnikanı yoxladığı zaman hərbçilərdən soruşdu: «Bu minaatanlar tankları məhv edə bilirsə, zirehli «Mercedes»i partlada bilməzmi?»
Nə deyim?... Sıradan çıxmış avtomobil də buradadır, sağ qalmış şahid də, mən də buradayam. Bizi Allah xilas etdi.
Bir neçə gündən sonra, fevralın 13-də «Sakartvelos Respublika» («Gürcüstan Respublikası») qəzetinin müxbirinə dedim: «Bu terror aktı öz miqyası, keyfiyyəti və peşəkarlığı ilə beynəlxalq terrorizm qüvvələri səviyyəsində həyata keçirilə bilər. Bu qüvvələr çox güclüdür. Biz isə onlarla üzbəüz gəlmək üçün azlıq təşkil edirik».
Terror aktının bəzi iştirakçılarını həbs edərək, mühakimə etməyimizə baxmayaraq, sifarişçilər hələ də məlum deyil.xa0
Terror aktının ikinci günü tədbir keçirirdim. Əməkdaşlarımdan biri dedi ki, Yeltsin zəng edir. Getdim və söhbət etdim. Xilas olmağım münasibətilə təbrik etdi və necə olmağımla maraqlandı. Təşəkkür etdim. Onun zəngi məni təəccübləndirmədi. Bizi insan kimi bir-birimizə çox şey bağlayırdı. Hətta bir şəxsiyyət və dövlət xadimi kimi qarşımda borclu idi. Sağollaşmaq istəyərkən dedi: «Gözlə, tələsmə, işim var”¦Â»

Söhbət Xəzər dənizinin enerjidaşıyıcıları barədə idi. Dedi: «Bilirəm, siz Xəzər dənizinin neft və qazının Qərb istiqamətində ixrac olunmasında maraqlısınız. Onu bilin ki, bu, Gürcüstandan keçməklə baş tutmayacaq». Soruşdum: «Niyə?». Cavab verdi: «Çünki enerjidaşıyıcılarının ixracı Gürcüstan ərazisilə deyil, Rusiya ilə olacaq».

Mən isə rahat idim: Bakı-Supsa neft borusu tezliklə fəaliyyətə başlamalı idi. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi isə artıq razılaşdırılmışdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi üzərində isə işlər aparıldı. Ona görə də Yeltsinlə höcətləşmədim, amma dedim: «Gürcüstanın nə nefti var, nə də qazı. Kimsə bu ərazidən neft və ya qaz keçirərsə, mən imtina etmərəm». Urəyimdə isə düşündüm: «Nəhəng bir ölkəsiniz. Qüvvətli nəqliyyat potensialına maliksiniz, neft və qazı satırsınız, un probleminiz yoxdur, nə də elektrik enerjisi çatışmazlığından əziyyət çəkirsiniz. Bu kiçik Gürcüstandan nə istəyirsiniz?». Özünə ona görə heç nə demədim ki, məsələ artıq həll olunmuşdu.xa0
Əsas məsələ isə o idi ki, Rusiya nə qədər də hədələsəydi, Gürcüstanın maraqlarına xəyanət edə bilməzdi və mən Heydər Əliyevə verdiyim sözdən dönməzdim. Bizə dəstək olan Amerika və Türkiyəyə də arxa çevirə bilməzdim.

Yeltsin mənimlə bu məsələni müzakirə edərkən mənimlə KP MK-nın baş katibi kimi danışırdı. Sanki respublika KP MK-nın katibinə tapşırıq verirdi, amma bizim münasibətlərimiz bu cür deyildi. Ən böyük təhlükə zamanı, öz həyatımın təhlükə altında olması hesabına onun yanında olurdum. Söhbət rus imperiyasının maraqlarına toxunarkən, başdan ayağa qədər rus demokratı hesab olunanların «velikorus şovinistləri»nə çevrilməsindən gedir: Hə, belədir. Rus demokratları çox vaxt xaricilərin gözlərini bağlamaq üçün daha çox maskalanırlar.
Rusiyanın mənə qarşı həyata keçirdiyi terror aktlarının həyata keçməsində nə qədər maraqlı olduğunu heç vaxt müzakirə etmərəm. Bu hücumun daha geniş və dəhşətli bir konteksti var ”“ bu, terrorizmin müasir sivilizasiyaya hücumudur.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0***
Terrorizm epidesiyası dünyanı bu gün də əhatə etməkdədir. Faktiki olaraq terrorizm dünya müharibəsini xatırladır. Bu müharibədə düşmən görünmür, hamı onun qurbanına çevrilə bilər. Terrorçu istənilən bir dinə və etnik millətə qarşıdır. O, heç kəsi ”“ nə özünü, nə də digərlərini qorumur.
Terrorçularla mübarizə həyat uğrunda mübarizəyə bənzəyir, amma bu terrorizmi yaradan sosial və siyasi məsələrlə mübarizə ondan daha da mühümdür. İnsanlara digərlərinin ölümündən və intiharından başqa yol göstərmir. Yuxarıda qeyd etdiyim kimi, çar Rusiyası bir zaman çeçenləri və ümumiyyətlə, Şimali Qafqaz millətlərini «vəhşi» adlandırırdı və buna da uyğun olaraq münasibət bəsləyirdi. Onlar Şimali Qafqazın ən məhsuldar torpaqlarında ”“ çökəklikdə yaşayırdılar. Rusiya onları bu yerlərdən dağlara qovdu. Bütün bu hadisələr Qafqaz müharibəsinin onilliyində (1817-1864) baş verdi. Bu müharibələrə Rusiyanın ən görkəmli sərkərdələri ”“ Suvorov, Yermolov və digərləri başçılıq edirdilər. Generalların bir hissəsi Qafqazı işğal edərkən, digər bir hissəsi üsyan edən Polşanı «tərbiyələndirirdi». Zaman ”“ işğallar zamanı belə idi. Burada qeyri-adi heç bir şey baş vermirdi.
Bugünkü müsəlman terrorizminin və ekstremiziminin başlanğıcı Şimali Qafqaza da elə Rusiya-Türkiyə müharibəsindən sonra Şimali Qafqaz, Abxaziya və Gürcüstan əhalisinin müsəlman hissəsini dövlətdən qovduqları və mühacirə çevirdikləri vaxtdan gəlirdi. Bu müharibələrdən və faciələrdən sonra Şimali Qafqaz xalqları olan ubixlərin varlığına son qoyuldu. Rusiyanın Şərq dərinliklərində olan Sibirdə də bir neçə xalq beləcə yox oldu.xa0
İmperatorların başlatdığı işi daha sonralar Stalin davam etdirdi. Onun əmri ilə, II Dünya müharibəsi zamanı çeçenləri və digər Qafqaz xalqlarını gecələrin birində Qazaxıstan və Orta Asiya səhralarına köçürdülər. Stalinin ölümündən sonra geri qayıtmış çeçenlər öz ev-eşiklərində başqa adamların məskunlaşdığını gördülər.
Avropada bu hadisələr barədə qismən az məlumata malikdirlər, çünki oradan Qafqaza gələn turistlərin sayı azlıq təşkil edir. Qafqazın tarixini bilmək isə orta səviyyəli bir avropalı üçün vacib deyil.
Çeçenistanda illər boyu açıq-aşkar tarixi ədalətsizliyə görə ağrı hiss olunurdu. Sanki bütün ailələrin həlak olmuş, xəsarət almış və ya həbs olunmuş bir üzvü var idi. Çeçenlərin və rusların gələcəyi üçün hər iki tərəfin bu dəhşətli yuxudan azad olması tələb olunurdu. Bu mümkün idimi? Əminəm ki, əgər Qərbdə «Qlasnost» adı ilə tanınan siyasət ardıcıl şəkildə və dönmədən davam etsə idi, mümkün olardı.xa0
Bu siyasətin təməli ondan ibarətdir ki, özün-özünə çəkdiyin qayğı kimi digərlərinə də hörmət etməlisən. «Burada» və «indi» mənim üçün «özgə» olan mövcuddur. Onu bəyənib, bəyənməməyimdən asılı olmayaraq, öz gələcəyim naminə onu tanımağım və ya tanış olmağa çalışmağım çox vacibdir. Bu cür yanaşma ilə sülhə daha çətin yolla nail olunur, amma qüvvə strategiyasına əsaslanmış sistemə nisbətən daha inamlı bir qarantdır. «Qlasnost» keçmişin real şəkildə dərk edilməsi və başqaları ilə dialoq deməkdir. O, gizlədilənlərin hamısını üzə çıxarır və uzunmüddətli, möhkəm sülh üçün yeni düşüncədir.
Rusiya istəsəydi, keçmişdə çeçenlərə qarşı apardığı etnik təmizləmələrə görə onlardan üzr istəyərdi. Diplomatiya və danışıqlar çeçen xalqının tarixi yaddaşında həkk olunan bu ağrıların yenidən közərməsini və qisas tələbini məhdudlaşdıra bilərdi. Rusiyanın imperialist hesablamaları isə bunların tam əksini etdi. Onları təcavüzə və separatizmə tərəf sürüklədi.
Əminəm: bizdən fərqli olan «özgə»ni dərk edərək və öyrənərək kəşf edə bilərik ki, terrorçuların daldalandığı din və milliyyət pərdəsi bizə yad olduğu kimi onlar üçün də yad və qəbulolunmazdır. İslam xristianlıqdan fərqlidir, amma dialoq insanı əmin edir ki, dəhşətli və məhvedici 11 sentyabr fanatizmi və Beslan faciəsi yalnız xristianlar üçün deyil, eləcə də müsəlmanlar üçün qəbulolunmazdır. İslam da xristianlıq kimi aqressiv fanatizmin və fundamentalizmin düşmənidir.
Mən öz kitabımın axırında bir daha qeyd etmək istəyirəm: inanıram ki, dünya birliyi terrorçulara qarşı mübarizəni Avropadan tələb edir. Həm də qorxudan azad və sülh içərisində olan bir dünyaya, mədəniyyətə və sivill dialoqa tərəf gedən yol yenə də dialoqdan keçir.
Bu, üç dəfə həyata keçirilmiş terror aktından möcüzəvi şəkildə salamat çıxan insanın ”“ son illər günahına batdıqları (mən bunu mənəvi terror adlandırıram) bir xa0insanın düşüncəsidir. Bu insan fəxr edir ki, həmişə təhlükəli vəziyyətlər zamanı da insanların taleyini müəyyənləşdirə və hadisələri düzgün şəkildə idarə edə bilirdi. Bu onun şəxsi gücünün və vəziyyətinin güzəştə gedilməsi hesabına başa gəlirdi. Həmin insan bütün bunlara görə özünü məğlub yox, əksinə, qalib hesab edir. Bu qalibiyyət yalnız mənəvi deyil, eləcə də siyasi qalibiyyətdir, çünki öz həmkarları və dostları ilə canlandırdığı dünyabaxışın tezliklə yenə də ideala və əsrimizin beynəlxalq siyasi həyat normalarına çevriləcəyinə əmindir.
Ardı var...






































































































