Bu məşhur boşanmaq üçün razılığa gəldi

Bu məşhur boşanmaq üçün razılığa gəldi

Hazırda oxunan: Bu məşhur boşanmaq üçün razılığa gəldi

9671

Dünyaca məşhur müğənni Adel həyat yoldaşı Saymon Konekki ilə 2019-cu ildə yollarını ayırsa da, rəsmi olaraq boşanmamışdı.

Bizim.Media xəbər verir ki, "Us Weekly" nəşrinin yaydığı məlumata görə, cütlük bu yaxınlarda boşanma müqaviləsi ilə bağlı razılığa gəlib və yanvarın 15-də ayrılmaq üçün sənədlərini məhkəməyə göndərib.

Bu müddət ərzində isə onlar əmlakın bölüşdürülməsi, borcların ödənilməsi, eləcə də 8 yaşlı övladları Ancelonun üzərində qəyyumluq məsələsini həll ediblər.

Qeyd edək ki, Adel və Saymon Konekki 2020-ci ilin martında boşanma iddiasının detalları ilə bağlı məxfilik sazişi imzalayıblar. Onlar 2011-ci ildə tanış olub, 2017-ci ildə isə evləniblər. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO