ABD Malik soyulmasından DANIŞDI: “Axmaq kimi videoya baxdım…” - FOTO

ABD Malik soyulmasından DANIŞDI: “Axmaq kimi videoya baxdım…” - FOTO

Hazırda oxunan: ABD Malik soyulmasından DANIŞDI: “Axmaq kimi videoya baxdım…” - FOTO

81858

Xəbər verdiyimiz kimi, ABD Malik Kələntərlinin plastik kartından hakerlər sosial şəbəkə vasitəsi ilə 546 manatını oğurlayıb.  

Xoşagəlməz hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.  

O baş vermiş olayı belə şərh edib.  

“Hesabıma “thisis_abdmalik” adlı profildən dostluq gəldi. İçində şəkillərimdən ibarət video vardı. Axmaq kimi girdim həmin videonu üzərinə keçid etdim və video itdi. Bir dəqiqə keçmədi ki, telefonuma mesaj gəldi - 546 manatınız kartınızdan çıxıldı”.  

Bankla əlaqə saxladığını söyləyən M.Kələntərli bildirib ki, məsələ həllini tapmasa, hüquq-mühafizə orqanlarına şikayət edəcək.  

***

Keçmiş “Dəyirman” qrupunun üzvü ABD Malik Kələntərlinin başına iş gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi plastik kartından pul oğurlandığını açıqlayıb.

“Dostlar, mənim profilimin adından və ya ona oxşar adlarda, sizə dostluq sorğusu gələ bilər. Açmayın! Ötən gün içində video-fayl açaraq, kartımdan 546 manat oğurladılar”- deyə, ABD Malik yazıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO