Kalkin yenidən “Evdə tək” qala bilər

Kalkin yenidən “Evdə tək” qala bilər

Hazırda oxunan: Kalkin yenidən “Evdə tək” qala bilər
0:00 / 0:00
648930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Walt Disney Co.” kinostudiyası məşhur “Evdə tək” franşizasının yeni filmində baş rol üçün aktyor Makoley Kalkini geri qaytarmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Variety” jurnalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
 

Bildirilib ki, layihə üzərində işlər hazırda ilkin mərhələdədir. Yeni filmin ssenarisi komediya janrındakı işləri ilə tanınan Set Rogen və Evan Qoldberqə həvalə olunub. Filmin süjet xətti və tam aktyor heyəti ilə bağlı təfərrüat isə hələlik gizli saxlanılır.


Xatırladaq ki, “Evdə tək” (1990) və “Evdə tək 2: Nyu-Yorkda itmiş” (1992) filmlərində evini iki oğrudan qeyri-adi tələlərlə qoruyan balaca “Kevin Makkallister” obrazı Makoley Kalkinə dünya şöhrəti qazandırmışdı. Sonrakı illərdə rejissor Kris Kolumbus və Kalkinin iştirakı olmadan çəkilən davam filmləri isə əvvəlki uğuru təkrarlaya bilməmişdi.

Qeyd edək ki, aktyor özü də 2025-ci ilin noyabrında verdiyi müsahibədə “Kevin Makkallister” roluna qayıtmağı istisna etmədiyini və mümkün davam filmi ilə bağlı maraqlı ideyalarının olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO