Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto

Hazırda oxunan: Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto
0:00 / 0:00
648923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.
 

Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar. Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.


Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.

Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 1
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 2
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 3
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 4
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 5
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 6
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 7
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 8
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 9
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 10
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 11
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində - Foto - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO