Ev alarkən aldanmayın - Qəzalı binanı necə tanımaq olar?

Ev alarkən aldanmayın - Qəzalı binanı necə tanımaq olar?

Hazırda oxunan: Ev alarkən aldanmayın - Qəzalı binanı necə tanımaq olar?
648846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnsanlar illərlə boğazından kəsib ev alır, sevinir ki, kirayələrdən yığışıb öz evində oturacaq, amma bir də məlum olur ki, son qəpiyinə qədər verdiyi ev qəzalı imiş. Təəssüf ki, ev sahibi olmaq arzusu bəzən ciddi təhlükə ilə nəticələnə bilir. 

Bəs vətəndaş aldığı evin qəzalı vəziyyətdə olduğunu necə müəyyən edə bilər? Qəzalı binaları hansı əlamətlərə görə tanımaq mümkündür?

Azərbaycanın baş memarı Elbəy Qasımzadə bildirir ki, ev alarkən ilk baxılmalı olan hissə pəncərənin altıdır. Əgər pəncərə altında, pəncərəaltlığının kənarlarlarında çatlar yaranıbsa, o evə sərvət yatırmağa dəyməz. 

Bundan başqa divarlarda iri çatlar olur: xüsusilə getdikcə genişlənən çatlar təhlükə siqnalı ola bilər. Binanın sütunlarnda armaturun üzə çıxması və paslanması ciddi problemə işarə edir. Döşəmənin bəzi hissələrinin aşağı düşməsi və ya pilləkənlərdə deformasiya yaranması da təhlükəlidir. 

Həmçinin zirzəmidə su yığılması, daim rütubət qoxusu, divarın suvaqlarının ovulub tökülməsi, pilləkən meydançasında çatlar bünövrə ətrafında torpağın çökməsi də bu binanın yaxın gələcəkdə qəzalı binalar siyahısınü düşəcəyinə işarədir. 

Ölkənin baş memarı təəssüflənir ki, çox vaxt binaları bu vəziyyətə sakinlərin özləri salır. 

“Hansı binaya girirsən, balkonun istinad divarını yarıb otağa qatıb, sütunu götürüb evi genişləndirib. Başa düşmək lazımdır ki, divara dəyən hər kiçik müdaxilə o binanın ömrünü qısaldır”, - deyə o vurğulayıb. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO