Putinlə görüşünün detallarını açıqladı

Putinlə görüşünün detallarını açıqladı

Hazırda oxunan: Putinlə görüşünün detallarını açıqladı
0:00 / 0:00
648932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Putin müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirdi”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Asiya turundan qayıtdıqdan sonra Ağ Evdə keçirilən mətbuat brifinqində deyib.

Xarici siyasət gündəliyini şərh edən Tramp Çində Putinlə baş tutan ikitərəfli görüşün müsbət keçdiyini vurğulayıb.

ABŞ Prezidenti sülh razılaşmasına nail olmağın Rusiya və Ukrayna liderləri arasındakı şəxsi münasibətlərə görə çətinləşdiyini qeyd edib:

“Putin açıq şəkildə müharibənin diplomatik yollarla bitməsini istədiyini bildirdi. Düzünü desəm, bu, çox çətin məsələdir. Bir-birinə nifrət edən iki nəfər var - Zelenski və Putin. Onlar müharibəyə necə son qoyacaqlarını bilmirlər. Hər ikisi bunu istəyir, amma heç biri bu vəziyyətdən çıxış yolu tapa bilmir. ABŞ bu prosesdə hər iki tərəfə kömək etməyə çalışır”.

Tramp həmçinin Putinə “Əgər mən prezident olsaydım, müharibəyə başlayardınızmı?” sualını ünvanladığını və Rusiya liderinin buna “Xeyr, bu müharibə heç vaxt baş verməzdi” cavabını verdiyini söyləyib. Rusiya Prezidentinə “Dostum” deyə müraciət etməsi ilə bağlı sualı isə o, “Sadəcə mənimlə çox yaxşı yola gedir” şəklində cavablandırıb.

Ukraynaya NATO-nun 4 və 5-ci maddələrinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi ehtimalına toxunan Ağ Ev rəhbəri bu məsələnin yalnız yekun sazişdən sonra gündəmə gələ biləcəyini bildirib:

“İndi təhlükəsizlik zəmanətləri barədə danışmaq istəmirəm, çünki əvvəlcə razılığa gəlməliyik. Razılıq əldə edildikdən sonra bu prosesə qoşulacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO