
- A-
- A
- A+
Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş – Video
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o bu barədə “Sheinkin40” adlı “YouTube” kanalına müsahibəsində danışıb.
Bakıda baş tutan müsahibə zamanı Xalq artisti gözündəki problemlərin həlli üçün bir çox ölkəyə üz tutduğunu bildirib.
Millət vəkili ABŞ, Rusiya və digər ölkələrdə görmə qabiliyyətində yaşadığı problemlərlə bağlı tibbi müayinələrdən keçdiyini, lakin effektiv nəticəni məhz İsraildə əldə etdiyini vurğulayıb:
“Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Mən orada 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün sizin qarşınızdayam və sizi görürəm”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































