Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO

Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO
648033
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub.

Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib.
 

Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb.

 
Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator  nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib.

Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. 



Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 1
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 2
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 3
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 4
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 5
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO