Ölkədən çıxışına qadağa qoyuldu

Ölkədən çıxışına qadağa qoyuldu

Hazırda oxunan: Ölkədən çıxışına qadağa qoyuldu

632444

Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karaca “Ha Leylim” mahnısının sözləri və klipi ilə bağlı başladılan istintaq çərçivəsində ifadə verib.

Bizim.Media “Milliyet” nəşrinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqın səbəbi mahnının sözləri və klipdəki vizual məzmunun Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsizlik” cinayəti ilə əlaqəli hesab edilməsidir.

Müğənni ifadə vermək üçün Çağlayandakı İstanbul Məhkəmə Sarayına gəlib. Prokurorluqda ifadəsi alındıqdan sonra o, məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi məhkəməyə göndərilib.

Məhkəmə F.Karacanı ölkədən çıxış qadağası şərti ilə azadlığa buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO