"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

Hazırda oxunan: "Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO
631683
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.

Bizim.Media xəbər verir ki, aktyor bu barədə “Baku TV”yə müsahibəsində açıqlama verib.

O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:

“Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar".

Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:

"Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən”.

Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO