Sevinclə Miri Yusif arasında QALMAQAL: İlk məhkəmə keçirildi  

Sevinclə Miri Yusif arasında QALMAQAL: İlk məhkəmə keçirildi  

Hazırda oxunan: Sevinclə Miri Yusif arasında QALMAQAL: İlk məhkəmə keçirildi  

62984

Xalq artisti Miri Yusifin KİV-də və sosial şəbəkələrdə onun haqqında səsləndirdiyi ittihamlara və təhqirə görə müğənni Sevinc Musayevanı məhkəməyə verdiyi barədə xəbər vermişdik.

Bakı şəhər Binəqədi rayon məhkəməsində Musayeva Sevinc Aydın qızına qarşı cinayət məcəlləsinin 147.1 və 148-ci (Təhqir, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işi açılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, məhkəmə ilk baxış iclasını martın 7-sinə təyin edib.

Xatırladaq ki, S.Musayeva “Youtube” kanalında video paylaşaraq qazilərdən birinin toy məclisində Miri Yusiflə yaşadığı hadisədən söz açıb:

"Tıxaca görə hamı toya gecikirdi. Heç kim öz vaxtında səhnəyə çıxmadı. Mən də çatanda gördüm ki, neçə müğənni var, oturdum gözlədim. Vaxtım çatıb səhnəyə çıxanda isə dedilər Miri Yusif gözləyir, bir mahnı oxu. Mən də dedim ki, üç mahnı oxuyacam.

Səhnədəyəm, yanındakı köməkçi gəlib dayanıb ki, bitir. Miri Yusif və sənin kimilər toxunulmaz deyil. Burnunuz yuxarıdadır. Üçüncü mahnını oxuyuram, yenə də kimsə gəlir qulağıma deyir.

Hamı gəlib qulağıma deyir ki, bitir. Mahnını bitirməyimə 3 dəqiqə qalıb, səsim alındı. Miri Yusif əlində mikrofon gəldi. Bu hörmətsizliyi mənə elədin.

Bu, nə tərbiyəsizlikdir? Ulduzluq xəstəliyinə tutulmusunuz, bunu qəbul etmirəm, hamımız insanıq. 15 dəqiqə gözləməyi özünə yaraşdırmadın? Bu hörmətsizliyi özümə götürə bilmərəm. Özümə hörmət edirəm. O toyda qalmaqal salmaq istəmədim, ona görə də sənə cavab vermədim".  

Daha sonra Sevinc Musayeva həmin görüntüləri kanalından silib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO