"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Hazırda oxunan: "Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

626098

"Kanallarda şou verilişləri dayandı, ancaq ağlaşma. Getməyəndə deyirlər, yekəxanasan. Gedib zarafat da etmək olmur. Əvvəl komediya, indi ağlaşma reytinq verir. Düzdür, ağlaşma verilişlərini bağladılar".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Antaklosku" yutub layihəsində deyib.

Aktyor verilişlərə getməməsindən danışıb.

Elməddin Azərbaycanda film sənayesinin vəziyyətindən gileylənib. O bildirib ki, son illər kino sahəsində ciddi problemlər yaşanır:

"Son vaxtlar film çəkilmir. Film sahəsi çöküb. Dramaturq, ssenari çatışmır. Hər şeydən nəsə çatışmır: ssenari, operator, aktyor. Operatorlar fokus tuta bilmir. Tamaşaçı da gəlmir. Əvvəldən də belə idi. İndi "Netflix" daha sərfəlidir. 20 manat verib bir ay filmə baxa bilirsən. Amma kinoteatrda 20 manata alınmır. Azı 40 manat xərcləyirsən".

Sənətçi kinoya marağın yenidən artması üçün keyfiyyətli ssenarilərin və peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu vurğulayıb. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO