Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

Hazırda oxunan: Əməkdar artist: "Deyirəm, onda səndən ailə xanımı olmaz"

626071

Əməkdar artist Ruhəngiz Allahverdiyeva gəlin namizədlərlə bağlı maraqlı açıqlama verib.

Bizim.Media “axşam.az”a istinadən bildirir ki, sənətçi "Qonaqcanlı" verilişində elçilik zamanı qızlara verdiyi suallardan danışıb:

"Övladlarıma da demişəm ki, gələcək həyat yoldaşınız sizin "yox" gününüzü bilməlidir. Bu gün pul var, sabah olmaya bilər.

Qohumlarım və ya yaxınlarımla elçiliyə gedəndə qızlara sual verirəm ki, "Birdən pulunuz olmadı və evdə bircə toyuğunuz var, nə edərsən?". Deyir ki, "Mənə nə, getsin qazansın". Deyirəm, onda səndən ailə xanımı olmaz.

Məsələn, bir gün iki qanadını bişirib yanına vermişel, bir gün budlarının yanına kartof qoyub hazırlayaram. Ailəni 5 gün yola verərəm. Bu düşüncədə olmayan qızdan həyat yoldaşı olmaz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO