"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

Hazırda oxunan: "Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı (FOTO)

625358

Türkiyənin məşhur seriallarından olan "Yaprak Dökümü" ilə tanınan aktyor Caner Kurtaran uzun müddətdən sonra görüntülənib. 

Bizim.Media xəbər verir ki, serialda canlandırdığı Şevket obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyorun illər ərzindəki dəyişimi sosial mediada geniş müzakirə olunub. 

"Yaprak Dökümü" serialında Caner Kurtaran Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Gökçe Bahadır və Fahriye Evcen kimi tanınmış aktyorlarla eyni heyətdə yer alıb.

Aktyor daha sonra "Aşk ve Ceza", "Tek Yürek", "Kimse Bilmez", "Eşkiya Dünyaya Hükümdar Olmaz" və "Hudutsuz Sevda" kimi layihələrdə də rol alıb. Hazırda 47 yaşında olan Kurtaranın son görüntüləri pərəstişkarlarının diqqətindən yayınmayıb.

Məşhur aktyorun illər içindəki dəyişimi sosial şəbəkələrdə fərqli reaksiyalar yaradıb. Bəzi izləyicilər onun hələ də yaraşıqlı göründüyünü yazarkən, bəzi istifadəçilər isə zamanın keçməsinin təbii olduğunu qeyd ediblər.

Sosial mediada yayılan şərhlərdə "Hələ də yaraşıqlıdır" və "Neçə il keçib, insan yaşlanmasınmı?" kimi fikirlər yer alıb.

Caner Kurtaranın yeni görüntüləri "Yaprak Dökümü" serialının unudulmaz obrazlarını yenidən gündəmə gətirib. (demokrat.az)




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO