"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

"Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

Hazırda oxunan: "Ac yatırdım, avtobusa minməyə pulum olmayıb"

623546

Xanəndə Elgiz Əliyev "Öz aramızda" verilişində səsləndirdiyi səmimi etiraflarla izləyicilərin diqqətini cəlb edib.

Bizim.Media xəbər verir ki, sənətçi bu gün nüfuzlu tədbirlərdə səhnə almasına baxmayaraq, uğura gedən yolun onun üçün heç də asan olmadığını bildirib.

Elgiz Əliyev tələbəlik illərində maddi çətinliklər yaşadığını və bəzən yeməyə belə imkan tapmadığını etiraf edib.

Xanəndənin sözlərinə görə, yaşadığı yerdən Konservatoriyaya hər gün piyada gedib-gəlirdi. O, avtobus üçün lazım olan 20 qəpiyi belə tapa bilmədiyi günlərin olduğunu, lakin bütün çətinliklərə baxmayaraq sənətindən vaz keçmədiyini vurğulayıb.
 

Elgiz Əliyev bildirib ki, məqsədinə çatmaq üçün hər zaman prinsipial və əzmkar olub. Həssas xarakterə malik olsa da, qarşılaşdığı maneələrin onu ruhdan salmasına imkan verməyib. Onun sözlərinə görə, məhz zəhməti və əzmkarlığı bugünkü uğurlarının əsas səbəbi olub.


Xanəndənin həyat yolu və səsləndirdiyi etiraflar sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox istifadəçi onun əzm və iradəsini nümunə göstərərək bu hekayənin gənclər üçün motivasiya olduğunu qeyd edib. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO