Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

Hazırda oxunan: Mətanət Əliverdiyeva efirdə ağladı -Köməyinə gəldilər - VİDEO

620201

Canlı efirdə yaşanan duyğusal anlar izləyicilərin diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, hadisə əməkdar artist Fərqanə Qasımovanın ana mövzusuna həsr olunmuş yeni layihəsinin təqdimatı zamanı baş verib.
 

Verilişin aparıcısı Mətanət Əliverdiyeva layihə haqqında danışarkən duyğularına hakim ola bilməyib və göz yaşlarını saxlamaqda çətinlik çəkib. 


Studiyada kövrək anlar yaşanarkən efirin qonağı olan əməkdar artist Dilarə Əliyeva vəziyyətə müdaxilə edib. Aktrisa aparıcının özünü toparlaması üçün söhbəti davam etdirərək qısa müddətlik aparıcılıq rolunu üzərinə götürüb.

Dilarə Əliyevanın bu addımı həm studiyada, həm də sosial şəbəkələrdə müsbət qarşılanıb.

İzləyicilər onun həmkarına göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər. (Milli.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO