Sinem Kobal Kenana olan sevgisindən yazdı

Sinem Kobal Kenana olan sevgisindən yazdı

Hazırda oxunan: Sinem Kobal Kenana olan sevgisindən yazdı

613224

Sinem Kobal və Kenan İmirzalıoğlu evliliklərinin 10-cu ildönümünü qeyd ediblər.
2016-cı ildə ailə quran məşhur cütlüyün iki qız övladı var — Lalin və Leyla.

Bizim.Media xəbər verir ki, Sinem Kobal ildönümü münasibətilə sosial media hesabında toy günündən romantik fotolar paylaşaraq həyat yoldaşına sevgisini ifadə edib.

Sinem Kobal həyat yoldaşı Kenan İmirzalıoğlu ilə tanışlıq hekayəsindən danışarkən münasibətlərinin necə başladığını belə təsvir edib:
 

“İkimiz də aktyor olduğumuz üçün əvvəllər mükafat mərasimlərində bir neçə dəfə qarşılaşmışdıq. Amma ilk dəfə bir dostumuzun Yeni il tədbirində uzun söhbət etdik. Kenanın çox güclü aurası var idi. Həmin dövrdə mən sevgi axtarışında olmadığım üçün əvvəlcə hisslərimi tam anlaya bilmədim. Sonra Kenanın məni daha yaxından tanımaq istəyi və göstərdiyi diqqət hər şeyi dəyişdi. Bir-birimizə aşiq olduğumuz anlara şahidlik etmək çox dəyərli idi.”


Aktrisa açıqlamasında “ruh əkizini tapmağın böyük şans olduğunu” vurğulayaraq münasibətin davam etməsi üçün qarşılıqlı əmək və anlayışın vacibliyini qeyd edib. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO