41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO

41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO

Hazırda oxunan: 41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO
605083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynalı müğənni, “Eurovision-2016”nın Milli Seçim mərhələsinin iştirakçısı və Pur:Pur qrupunun üzvü Nata Smirina ilk övladını dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, 41 yaşlı ifaçı bu sevindirici xəbəri özünün Instagram səhifəsində paylaşıb və körpəsi ilə ilk fotolarını yayımlayıb.

Natanın qızı olub. Körpəyə Liya adı verilib.

“Ətraflı sonra. Bizdə hər şey əladır”, - deyə yeni ana paylaşımında yazıb.

Smirina həmçinin körpə doğulduqdan dərhal sonra onunla çəkdirdiyi fotonu da göstərib.

“Doğuşdan bir dəqiqə sonra. Mən nahaq yerə gözləmirdim. Hər şeyi bir az sonra danışacağam, hələlik ana olmağı öyrənirəm”, - deyə müğənni qeyd edib.

Qeyd edək ki, Pur:Pur qrupu 2008-ci ildə Xarkovda yaradılıb.

Qrup əvvəlcə iki nəfərdən - Nata və Yevgenidən ibarət olub. Daha sonra kollektivə gitaraçı Stanislav da qoşulub.

Qrup “Mamakabo”, “Caz-Koktebel”, “Qoqol-fest” və bir sıra digər festivallarda iştirak edib.

2016-cı ildə Pur:Pur “We Do Change” mahnısı ilə “Eurovision-2016”nın Ukrayna üzrə milli seçim mərhələsinin yarımfinalına yüksəlib, lakin həmin il qalib Camala olub.

41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO - foto 1
41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO