“Bu proqramları bağlayın, camaatın əsəbi ilə oynamaq olmaz!”

“Bu proqramları bağlayın, camaatın əsəbi ilə oynamaq olmaz!”

Hazırda oxunan: “Bu proqramları bağlayın, camaatın əsəbi ilə oynamaq olmaz!”
597935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı da efirlərlə bağlı gedən müzakirələrə qoşulub.

Bizim.Media xəbər verir ki, bu barədə feysbukda status paylaşıb.

O, bu məsələdə aparıcıların cəzalandırılmalı olduğunu bildirib:

“Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır.
 

Çalıb-oxuyanlara əttökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, camaatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!


Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO