Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO

Hazırda oxunan: Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO
596536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniyalı müğənni Dua Lipa Instagram səhifəsində nişanlısı, aktyor Callum Turner ilə nadir fotolarını paylaşıb.

Bizim.Media xəbər verir ki, Dua Lipa sevgilisini ad günü münasibətilə açıq şəkildə təbrik edib və birgə çəkilmiş şəkillərini yayımlayıb.

Kadrlardan birində cütlük yaxtada görüntülənib. Müğənni bordo-mavi rəngli kiçik bikinidə, qızıl sırğalar, boyunbağı və saatla poza verib. Aktyor isə qara üzgüçülük şortu və gün eynəyi ilə obyektiv qarşısına keçib.

“Sevgilim, ad günün mübarək”, — deyə ulduz paylaşımına qeyd edib.
 

Fevralın 14-də Dua Lipa və Kallum Törner Berlin Beynəlxalq Film Festivalının qonaqları olublar. Müğənni qırmızı xalçaya qara yarı şəffaf maksi don, hündürdaban ayaqqabı və iri brilyant boyunbağı ilə çıxıb. Onun saçları hündür toppuz şəklində yığılmış, makiyajı isə kölgələr və narıncı pomada ilə tamamlanmışdı. Kallum Törner isə ağ köynək və qalstuk, qəhvəyi kostyum və botlarla fotoqraflara poza verib.


Yanvar ayında Dua Lipa Parisdə Chanel brendinin dəfiləsində iştirak edib. O, dar ətəkli, rəngarəng kostyumda obyektiv qarşısına keçib. Görünüşünü qara-ağ ayaqqabılar və sırğalarla tamamlayan müğənninin saçları yumşaq dalğalarla düzəldilmiş, yüngül makiyaj seçilmişdi.

Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO - foto 1
Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO - foto 2
Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO - foto 3
Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO - foto 4
Dua Lipa nişanlısı ilə yaxtada belə dincəlir – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO