Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO

Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO

Hazırda oxunan: Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO
226845
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnfluenserlər Mehin Oktaylı (iconmekh) və Mesi Rəhman (Mesi_rekhman) avtomobil qəzası keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə olay-a M. Rəhman özü açıqlama verib.

O bildirib ki, hadisə ötən gün səhər saat 8 radələrində İsmayıllı-Şamaxı yolunda olub:

“Orada yaşayan insanların dediyinə görə, həmin yolda tez-tez qəzalar baş verir. Çünki xam sürücülər həmin yolu yaxşı bilmir, oradakı sərt döngəni görmədən düz gedirlər. Bizdə də “Vita” markalı avtomobil idi.
 

Çox güman ki, sürücümüz həmin döngəni görə bilməyib. Ona görə maşın birinci işıq, sonra reklam dirəyinə çırpıldı. Uzun bir məsafəni sağa-sola çırpıla-çırpıla aşdıq. Mən alnımdan xəsarət aldım, döş qəfəsimdə, ayaq və qol nahiyələrimdə əzilmələr yarandı. Mehinin beli tutmurdu, qabırğasında sınıq var.


Bizdən əlavə maşında iki xanım var idi. Onlar da xəsarət aldılar, birinin başı partladı, digərinin də qabırğası zədələnib. Bizi Şamaxı xəstəxanasına çatdırdılar, oradan da Mehini təcili tibbi yardım maşını ilə Bakıya, neyrocərrahiyəyə gətirdilər. Eynilə məni də... Şükür ki, keçdi, həqiqətən Allahın sevimli bəndəsiymişik ki, o maşından sağ çıxdıq. Çünki maşının ön hissəsi bərbad gündəydi, çox pis zərbə ilə çırpılmışdı”.

Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO - foto 1
Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO - foto 2
Azərbaycanlı blogerlər qəzaya düşdülər - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO