“Üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim?” - VİDEO

“Üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim?” - VİDEO

Hazırda oxunan: “Üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim?” - VİDEO
223435
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Mənzurə Musayeva 4 ay əvvəl keçirdiyi plastik əməliyyatından söz açıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Musayeva üzgərmə əməliyyatından narazı qaldığını ifadə edib:

“Mən keçirdiyim plastik əməliyyatdan sonra üzümdə bir dəyişiklik hiss eləmirəm. Üzüm hər zaman gəşəng olub. Yalandan üzümə botoks etdirirdim. Üzüm gözəl idi. Sadəcə yüngülvari dedim, oyan-buyan... Nəisə... Əməliyyatdan sonra istədiyim o effekti görmədim. Məni əməliyyat edən həkim söyləyir ki, üzün hələ də şişdir. Amma mənə elə gəlir ki, şiş yoxdur.

Əməliyyatımdan 4 ay vaxt keçib. O deyir ki, 2 aydan sonra yanıma gələrsən. Narazılığın varsa onda bildirərsən. Düşünürdüm ki, üzüm daha da dartılacaq. Üzgərməyə nə deyirlər? Əgər üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim ki? (gülür) 7 saat mən narkozda olmuşam. Adamdan soruşarlar ki, sən 7 saat nə edirdin?”



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO