Azərbaycan

Azərbaycan "Avroviziya-2024"də 12 xalını bu ÖLKƏYƏ VERDİ - VİDEO

Hazırda oxunan: Azərbaycan "Avroviziya-2024"də 12 xalını bu ÖLKƏYƏ VERDİ - VİDEO
191658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gecə İsveçin Malmö şəhərində sayca 68-ci "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycandan olan səsverməni “Avroviziya 2009” təmsilçimiz Aysel Adıgözəlzadə (Teymurzadə) təqdim edib. 

Azərbaycan ən yüksək 12 xalını İsveçrəyə verib.

Digər xalları isə belə bölünüb:

10 xal - İrlandiya, 8 xal - Lüksemburq, 7 xal - Gürcüstan, 6 xal - İtaliya, 5 xal - İsveç, 4 xal - Xorvatiya, 3 xal - Sloveniya, 2 xal - Kipr, 1 xal - Ukrayna.
Xatırladaq ki, builki yarışmanın qalibi İsveçrəli Nemo olub. O “The Code” mahnısı ilə 591 xalla birincilik əldə edib. Nemo münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etəsələr də, lakin onlar finala vəsiqə qazana bilməyiblər.
 


Azərbaycan


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO