Əri

Əri "Toppuş bacı"nın saçını şüşə qabda saxlayır – FOTO 

Hazırda oxunan: Əri "Toppuş bacı"nın saçını şüşə qabda saxlayır – FOTO 

191415

“İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cür çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik. Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, yəgin, gedib. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi. Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə ölkədə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Röyal mərhum aktrisanın saçının telini yadigar olaraq şüşə qabda saxladığını bildirib: 

“İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, yolu keçək. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sağollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq.

Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq. Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, çıxarıb toxunmağa cəsarətim çatmır, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır”.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.

O, hazırda "Qara tikan" serialına çəkilir, eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO