Narkotik aludəçisi model anası ilə birgə küçədə qaldı - VİDEO

Narkotik aludəçisi model anası ilə birgə küçədə qaldı - VİDEO

Hazırda oxunan: Narkotik aludəçisi model anası ilə birgə küçədə qaldı - VİDEO

185816

Xəbər verdiyimiz kimi, uzun illər əvvəl Xalq artisti Faiq Ağayevin, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova narkotik aludəçiliyindən xilas olmaq üçün bir neçə ay əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişinə gələrək kömək istəmişdi. Bu asılılıqdan qurtulmaq üçün veriliş vasitəsi ilə Təhminə 6 aylıq reabilitasiya mərkəzinə göndərilmişdi. Lakin Rövşanə anasının xəstə olduğunu və onu bu vəziyyətdə tək qoya bilmədiyini səbəb gətirərək müalicəsini yarıda qoyub və reabilitasiya mərkəzindən qaçıb. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramın aparıcısı Elgiz Əkbər Rövşanənin hazırda yaşadığı evi satdığını açıqlayıb. 

“Sizin xəbəriniz var, bu Təhminə nə oyunlar çıxarıb? O, dünən yaşadıqları evi satıb. Bunların bir tək evləri var idi. Heç olmasa onlar başlarını o evə salmışdılar. Dünən qonşuları bizə xəbər verdilər ki, Təhminə evlərinə bir şəxsi gətirib və oranı satıb. Hazırda o evdə həmin insan yaşayır. Amma bəlli deyil, Təhminə o evi neçəyə satıb”, - deyə Elgiz vurğulayıb. 
Qeyd edək ki, bir neçə ay əvvəl Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq “Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, Malakan bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı. Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik, hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır” açıqlamasını vermişdi. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO