“Avroviziya 2024”də şərhçimiz o olacaq

Hazırda oxunan: “Avroviziya 2024”də şərhçimiz o olacaq

185623

Nüfuzlu “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçinin kimliyi açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq.  

O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək. 
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq.

Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO