Aparıcı Elgiz Əkbər müğənni İlahə İbadovanın efirdə pərt edib.
Bizim.Media xəbər verir ki, hadisə “Elgizlə izlə” ictimai-sosial verilişində yaşanıb.
Belə ki, proqrama qonaq gələn İlahəni görən Elgiz həddən artıq çəki aldığını söyləyərək, ifaçını çətin vəziyyətə salıb:
“İlahə xanım dəhşət dərəcədə çəki almısınız. Biraz arıqlasanız, yaxşı olar. Bunlar hamısı yediyiniz şəkərbura və paxlavadandır. Amma sizə deyim ki, köklük sizə yaraşır. Əsas odur ki, səsin, perfomansın, “meydangirliyin” yerində olsun. İnsan kökələr də, arıqlayar da... Bu isə problem deyil. Düzdü!? Can sağlığı olsun!”
Onun bu sözlərinə isə İlahə “Əsl azərbaycan xanımı belə olmalıdır. İmkan ver “çatım” verilişinizə... Elgiz səndə efirinə çatan kimi mənə deyirsən ki, kökəlmisən. Azərbaycan xanımı mənim kimi olmalıdır. Səs eləmə... Hələ də bu köklüyümün stresindən çıxa bilmirəm. Arıqlamışam biraz amma arıqlamaqda davam edirəm. Əsas odur ki, ürəyin geniş, açıq olsun. Səmimi, sadə olasan” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media