Gülay efirə zəng edib ağlayaraq Kamil üçün yardım istədi – VİDEO 

Gülay efirə zəng edib ağlayaraq Kamil üçün yardım istədi – VİDEO 

Hazırda oxunan: Gülay efirə zəng edib ağlayaraq Kamil üçün yardım istədi – VİDEO 

179205

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı Kamil Zeynallı bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Kamilin həyat yoldaşı, müğənni Gülay Zeynallı “Tarixin bir günü” verilişinin canlı efirinə zəng edərək, baş verən hadisədən danışıb. 

Gülay qızları Sahilənin çox böyük narahatlıq keçirdiyini və aidiyyatı qurumlardan Kamilin azadlığa çıxması üçün köməklik göstərmələrini xahiş edib: 

“Gecə saat 3-ə qalmış idi, Kamil mənə zəng edib dedi ki, bəs, məsələ bu yerdədir. Dünəndən telefonum susmur. Kamillə maraqlanan hər kəsə, media işçilərinə təşəkkürümü bildirirəm. Sizin efirdən istifadə edib, demək istəyirəm ki, dövlətimiz Kamilə kömək etsin (ağlayır). Çünki mənim qızımın arxa-dayağı, başının tacı varsa, o da onun atasıdır. Mən istəmirəm ki, qızım günlərini atasız keçirsin. Ona görə də Kamilə kömək olsunlar. Çox xahiş edirəm”. 

Qızım hər şeyi başa düşür, ona izah etmişəm. Gecədən yatmamışıq, hər şeyi demişəm ona. Çünki böyük qızdır, onun hər şeyi bilməyə haqqı var. Ən azından əlində telefonu var, baxır, görür. Amma inanıram ki, dövlət onu tək qoymayacaq.

Çünki Kamil yaxşı oğul, atadır. Prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm, bunun öhtəsindən yalnız onlar gələ bilər. Necə ki, Azərbaycanı bütöv etdilər, mənim övladımın atasını qaytarsınlar, çox xahiş edirəm.

Qeyd edək ki, K.Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək. Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO