Alla Puqaçovanın qızının başı dərddə

Alla Puqaçovanın qızının başı dərddə

Hazırda oxunan: Alla Puqaçovanın qızının başı dərddə

176814

Rusiyanın Xalq artisti Alla Puqaçovanın müğənni qızı Əməkdar artist Kristina Orbakaytenin başı dərddədir. 

Bizim.Media xəbər verir ki, ulduzun Rusiya şəhərləri turu ətrafında qalmaqal yaranıb. 

Belə ki, Orbakaytenin konsertləri ləğv edilib. Siyahıya Krasnoyarsk, İrkutsk, Bratsk, Novosibirsk və Çita əlavə edilib. 

Ulduzun Xabarovsk və Sankt-Peterburqdakı konsertləri hələ də sual altındadır. Onun Rusiya şəhərlərinə planlaşdırdığı turne gözünün qabağında dağılıb. Kristina baş verənlərə görə stres keçirir. O, Rusiyada sözün əsl mənasında işsiz qalıb. Hər şey Ulan-Ude sakinlərinin Orbakaytenin planlaşdırılan konsertinin ləğvini tələb etməsi ilə başlayıb. Onlar hesab ediblər ki, müğənni kifayət qədər vətənpərvər mövqe tutmur, o, ABŞ vətəndaşıdır və Rusiyaya ancaq pul qazanmaq üçün gəlir. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO