Məşhurlar Səidə Sultanın toyuna nə qədər pul yazdırıb? - VİDEO  

Məşhurlar Səidə Sultanın toyuna nə qədər pul yazdırıb? - VİDEO  

Hazırda oxunan: Məşhurlar Səidə Sultanın toyuna nə qədər pul yazdırıb? - VİDEO  

168786

“Toyumu restoranda yox, çadırda etmək istəyirdim, amma alınmadı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sentyabrda özünə təmtəraqlı toy məclisi keçirən sənətçi həmkarlarının yazdırdığı pul məbləğlərini açıqlayıb: 

“Röya toyuma 2000 manat, Natavan Həbibi 2000 manat, Nura Suri 2000 manat, Könül Kərimova 500 dollar (təxminən 850 manat), Günay İbrahimli, Nazilə Səfərli, Fatimə Fətəliyeva və aparıcı Vüsalə Əlizadə 500 manat pul yazdırıblar”. 

Səidə adını açıqlamadığı həmkarının doğum günlərinə və övladlarının toyuna getsə də, həmin müğənninin onun toyuna gəlmədiyini, hətta nəmər belə göndərmədiyini söyləyib: 

“O qadın müğənninin adını açıqlamaq istəmirəm. Amma mən Səidə onun qızının, oğlunun toyunda və özünün dəfələrlə ad günlərində gözəl şəkildə (yazdırdığı yüksək məbləği nəzərdə tutur – red.) iştirak etmişəm. Onu çağırdım, amma toyuma gəlmədi. O gəlməsə də, heç nə göndərmədi. Amma elə müğənnilər də oldu ki, toyuma gəlmədi, amma nəmərini göndərdi. Toyun pul yazdırmaq kimi adəti var. Mən istəyirdim ki, toyuma pul salanların adları bir-bir dəftərə yazılsın. Amma bu məsələ yaddan çıxdı”. 

Qeyd edək ki, Səidə Sultan ərə getdiyi bəyin kimliyini açıqlamayıb. Həmkarı Kərim Abbasov isə bəylə Səidənin 15 il dostluq münasibəti bağlarının olduğunu vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO