Səidə SÖZ ATDI: “Çıxdığım səhnədə məni heç kim tanımırsa, “Altın Kelebek” nəyimə lazımdır?” – VİDEO

Səidə SÖZ ATDI: “Çıxdığım səhnədə məni heç kim tanımırsa, “Altın Kelebek” nəyimə lazımdır?” – VİDEO

Hazırda oxunan: Səidə SÖZ ATDI: “Çıxdığım səhnədə məni heç kim tanımırsa, “Altın Kelebek” nəyimə lazımdır?” – VİDEO

168603

“Əgər çıxdığım səhnədə məni heç kim tanımırsa, “Altın Kelebek” mükafatı mənim nəyimə lazımdır? Çıxdığım səhnə məni tanımalı, sənətimdən xəbəri olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi hər il Türkiyədə keçirilən “Altın Kelebek” mükafatında iştirak edən azərbaycanlı məşhurların həmin ölkədə tanınmadığını və bu mükafatın onlara verilməsinin yanlış olduğunu bildirib: 

“Əgər mən azərbaycanlı olaraq Türkiyədə populyar müğənni deyiləmsə və təsəvvür edin çıxıram o səhnəyə və danışıram... Bu mənim özüm-özümə qəribə gəlir. Axı, bu insanlar mənı tanımır... Mən kimə nəyi sübut etmək istəyirəm ki? Çıxırsan o boyda publikanın qarşısına və deyirsən ki, “Mənəm, Miriş” (gülür).

Mənə desələr ki, gedək, sənə “Altın Kelebek” verək razılaşmaram. Axı, məni Türkiyə tanımır, gedib, necə o “Altın Kelebek” mükafatını ala bilərəm? Yalandan bu kimə lazımdır?”. 

Qeyd edək ki, builki “Altın Kelebek” mükafatına Azərbaycanın “Ən parlaq ulduzu” nominasiyasında Azərbaycanı 2020 və 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi, aktrisa və aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədli sahibləniblər. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO