Kiprdə məskunlaşan Alla Puqaçova görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Hazırda oxunan: Kiprdə məskunlaşan Alla Puqaçova görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

165359

Rusiyanın Xalq artisti Alla Puqaçova Kiprdə məskunlaşıb. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, monastrlardan birində dua edən primadonna daha sonra yolunu Limassolda elit butiklərdən salıb. 

Sənətçinin həmin an çəkilən fotoları sosial şəbəkələrə yayılıb. Puqaçovanın görünüşündəki etdirdiyi dəyişikliklər izləyicilərin diqqətindən qaçmayıb. 

Şəkildə Alla Borisovna pariksiz halda dağınıq təbii saçları ilə görüntülənib. Bundan əlavə, Allanın dodaqları birdən-birə böyüyərək ağzının əyilməsinə belə səbəb olub. 

Eyni zamanda, ulduz əla əhval-ruhiyyədə olub. 

Pərəstişkarları Puqaçovanın bu halını müzakirə predmetinə çeviriblər.   

“Alla mənim nənəmlə eyni yaşdadır”, “Sanki dodaqlarını şişirdib”, “Ağzında nəsə var, dodaqları əyilib”, - deyə izləyicilər yazıb.  

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb. İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO