Ailəsi ilə birlikdə İsraildə olan Maksim Qalkin paylaşım etdi - FOTO

Ailəsi ilə birlikdə İsraildə olan Maksim Qalkin paylaşım etdi - FOTO

Hazırda oxunan: Ailəsi ilə birlikdə İsraildə olan Maksim Qalkin paylaşım etdi - FOTO

158836

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Fələstinin radikal “HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb.

Bizim.Media xəbər verir ki, baş verən hadisələr fonunda paytaxt Tel-Əvivdə yaşayan yaşayan Rusiyanın yumor ustası Maksim Qalkin diqqət çəkən paylaşım edib.

 "Bu gün saat 6:30-da sirenaların səsinə oyandıq. İsrail üçün çox çətin dövr başlayıb. Baş verən hadisələrdə həlak olan ailələrə dərin hüznlə başsağlığı verirəm. Əsir götürülənlər üçün dualar edirik" sözlərini yazan Qalkin İsrailin bu müharibədə qalib gələcəyini yazıb. 

Xatırladaq ki, Maksim Qalkin həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova və iki övladı bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb. 
Qeyd edək ki, açıqlanan son məlumata görə, ölən israillilərin sayı artıq 300-ü keçib. İsrailin cənubunda fələstinli yaraqlıların girov saxladığı ilk qrup azad edilib. İsrail Qəzzada qapalı hərbi zona yaradıldığını vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO