Burcu Esmersoy üçüncü dəfə ƏRƏ GETDİ - FOTO/VİDEO 

Burcu Esmersoy üçüncü dəfə ƏRƏ GETDİ - FOTO/VİDEO 

Hazırda oxunan: Burcu Esmersoy üçüncü dəfə ƏRƏ GETDİ - FOTO/VİDEO 

153380

Türkiyənin məşhur aparıcısı və modeli Burcu Esmersoy üçüncü dəfə ailə qurub. 

Bizim.Media xəbər verir ki, iş adamı Nazım Akmandil ilə nikaha girən Esmersoyun toyu İtaliyanın Portofino şəhərində baş tutub.  

Cütlüyün toy mərasimi üç gün davam edəcək. Onlar təxminən 300 qonaq üçün hətta təyyarə belə kirayələyib. Nikah zamanı Burcu sevincindən göz yaşlarına hakim ola bilməyib.  
Əyninə dəbdəbəli, eyni zamanda zərif ağ libas geyinən Esmersoy görünüşü, zərafəti və cazibədarlığı ilə göz qamaşdırıb.  

Qeyd edək ki, Burcu Esmersoy ilk evliliyini italyan iş adamı Massimo Cusimano ilə, ikinci evliliyini isə Berk Suyabatmazla edib. Hər iki nikahın ömrü isə az olub.  
 









Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO