Bakıya gələn bloger Hüseyn özü ilə lüks idman avtomobili GƏTİRDİ - VİDEO

Bakıya gələn bloger Hüseyn özü ilə lüks idman avtomobili GƏTİRDİ - VİDEO

Hazırda oxunan: Bakıya gələn bloger Hüseyn özü ilə lüks idman avtomobili GƏTİRDİ - VİDEO

149547

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov yenidən Bakıya gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat verib. 

Hüseyn özü ilə Moskvadan parlaq qırmızı “BMW” markalı lüks idman avtomobilini gətirib.

Sənətçi Heydər Əliyev hava limanında nəqliyyat vasitəsini evakuator üzərində hərəkət edərkən çəkdiyi görüntüləri “Instagram” səhifəsində izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, üç il əvvəl mayın 9-dan 10-na keçən gecə Hüseyn Həsənov ciddi şəkildə yol hərəkət qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb. Gecə saatlarında Moskva küçələrində avtomobil idarə edən bloger nömrəsini gizlədib. Polis maşını saxlayanda isə Hüseyn protokolu imzalamaqdan imtina edib. Növbəti günlərdə isə Hüseynin əlindən sürücülük vəsiqəsi alınmışdı. Ötən günlərdə isə bloger yenidən imtahan verərək, sürücülük vəsiqəsini əldə edib. 



Rəşad Əliyev,  Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO