Lalə İlhamə Quliyevanın mahnısına klip çəkdirdi - VİDEO 

Lalə İlhamə Quliyevanın mahnısına klip çəkdirdi - VİDEO 

Hazırda oxunan: Lalə İlhamə Quliyevanın mahnısına klip çəkdirdi - VİDEO 

133377

Əməkdar artist Lalə Məmmədova Türkiyədə çəkdirdiyi yeni klipini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında yer alan şedevr əsərlərindən biri olan musiqisi Faiq Sücəddinov, sözləri isə Nuridə Atəşə məxsus "Darıxmışam" adlı bəstəni ekranlaşdırıb. 

Sözügedən nəğməni fərqli, rok-pop janrında ifa edən Lalə ekran işinin rejissorluğunu türkiyəli fotoqraf-videoqraf Orçun Mutluya həvalə edib. 

Məmmədovanın qlamur obrazı üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb. 

Əməkdar artist klipini rəsmi "YouTube" kanalında izləyicilərin ixtiyarına verib. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO