Mehriban Zəki Oqtay Əliyevin ölümü ilə nəticələnən dəhşətli qəzadan DANIŞDI – “Dilarə ilə qışqırırdıq...”

Hazırda oxunan: Mehriban Zəki Oqtay Əliyevin ölümü ilə nəticələnən dəhşətli qəzadan DANIŞDI – “Dilarə ilə qışqırırdıq...”

126990

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Qəza azamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki də yaralanmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi


Mehriban Zəki sosial media hesabında sözügedən qəza ilə bağlı bunları qeyd edib: 

“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə “problem yoxdur keçib gedəcək” deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi. Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…
Bu sadəcə qəzavü-qədər idi.

Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay!

Martın 22 i belə yazıldı bizimçün”, - deyə Xalq artisti vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO