Rəqsanə AĞLADI:

Rəqsanə AĞLADI: "Sabahlarımızı, orucumuzu Hacı Şahinlə açırdıq" – VİDEO 

Hazırda oxunan: Rəqsanə AĞLADI: "Sabahlarımızı, orucumuzu Hacı Şahinlə açırdıq" – VİDEO 
123474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında video paylaşaraq, göz yaşı içində mərhumla bağlı fikirlərini dilə gətirib.

"Səhər açılandan Hacı Şahinin ölümü o qədər mənə pis təsir edib ki, heç özümə gələ bilmirəm. Bu gün bütün günü ağlamışam. Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin. Çox heyiflər olsun. Ramazan, Orucluq aylarını demək olar ki, onun danışıqları, çıxışları ilə keçirirdim.
Hər Ramazanda Hacı Şahinin səsinə qulaq asırdıq. Orucumuzu, sabahımızı onun səsi ilə açırdıq. Allah şahidimdir ki, o qədər pis olmuşam (ağlayır)... Belə insanlar çox nadir hallarda həyata gəlirlər. Heç kimə qalmayan, etibarsız dünya...

Səhər açılandan matəmin, yasın içindəyəm. Belə insanların qədrini bilmək lazımdır. Hamımız Allahın bəndəsiyik, amma o çox gözəl insan idi", - deyə Rəqsanə vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahin ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Qurd Qapısı ərazisində yerləşən məzarlıqda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO