Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ - VİDEO 

Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ - VİDEO 

Hazırda oxunan: Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ - VİDEO 

113469

Əməkdar artist Vasif Məhərrəmliyə gözlənilməz sürpriz edilib. 

Bizim.Media xəbər verir ki, “7 canlı” axşam şousunun canlı efirinə sənətçi ilə bağlı telefon zəngi gəlib.  

Verilişin aparıcısı Vüsalə Əlizadə proqramda qonaq olan Vasif Məhərrəmliyə bildirib ki, onun üçün bir xanım Moskvadan zəng edib. Vüsalə həmin xanımın kimliyini açıqlamayıb. Vasif isə həmin xanımla efirdə söhbətləşsə də, lakin kim olduğunu tapa bilməyib.  
Aparıcı bu anda həmin xanımdan Vasifə ip ucu verməsini istəyib. Xanım isə “Bakılı qız” sözünü dilə gətirib. Bundan sonra müğənni həmin xanımın onun illər əvvəl “Bakılı qız” klipində çəkildiyi Səbinə adlı xanım olduğunu söyləyərək, təəccübünü gizlədə bilməyib.  

Məhərrəmli bildirib ki, hətta Səbinənin ailəsi ilə yaxından tanışdı:  

“Mən Səbinənin evində də olmuşam. Məndən çoxlu salam söylə Vüqar qardaşıma (Səbinə xanımın həyat yoldaşı – red.) Çox gözəl sürpriz oldu mənim üçün. O zamanlar musiqi prodüsseri Asif Kərimovla mən yollandıq Mədəniyyət və İncəsənət Universitətinə. Bizə bu klipdə rol alacaq bakılı qız lazım idi. Bu obraz həm xoş, həm də ağır idi.

Buna görə də o klipə çox məsum üzlü, abırlı, həyalı, ismətli qızcığaz çəkməli idik. Səbinə tam o xanım oldu. Klipdə sonda gördünüz də, Səbinəni qaçırtdım (gülür)”.  

Səbinə xanım isə öz növbəsində Vasif Məhərrəmliyə təşəkkürünü bildirərək, onu Moskvadakı evinə qonaq dəvət edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO