“Gördüm İslam dövləti qurulur, getdim həyatımı qurum”x9d   - VİDEO

“Gördüm İslam dövləti qurulur, getdim həyatımı qurum”x9d - VİDEO

Hazırda oxunan: “Gördüm İslam dövləti qurulur, getdim həyatımı qurum”x9d - VİDEO

96982
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs etdiyi İŞİD üzvləri açıqlamalar verib. xa0

Moderator.az Region TV-yə istinadən xəbər verir ki, tutulanlardan Rufan Ağcabəyov 2013-cü ildə Suriya getdiyini deyib: “Allah yolunda cihada çıxmışam. Hərbi ştabda qalırdıq”x9d. xa0xa0

Digər təqsirləndirilən şəxs Vaqif Talıbov Region TV-yə deyib ki, Türkiyənin Qaziantep şəhərindən qanunsuz yolla Suriyaya keçib: “Orada şəriət dərsləri keçirdilər bizə. Kim haranı istəyirdi, seçib ora gedirdi”x9d. xa0 Elşən İsmayılov adlı İŞİD-çi isə internetdə izlədiyi videodan təsirlənərək Suriyaya getdiyini bildirib: “2013-cü ilin iyul-avqust ayları idi. İnternetdə Xattabın çağırışına baxdım, sonra da Suriyaya getdim”x9d. xa0 Elbrus Əzizov adlı terrorçu 1990-cı ildə 2 il icbari həbs olunub: “1995-ci ildə 5 il və 2001-ci ildə 11 il həbs yaşamışam. 2012-ci ildə həbsdən çıxmışam. Televizorda, xəbərlərdə gördüm ki, Suriyada İslam dövləti qurulur, getdim oraya, həyatımı qurmağa”x9d. xa0 Qeyd edək ki, MTN tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov şübhəli şəxs qismində tutulublar. Müəyyən edilib ki, 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, Nusra Cəbhəsi və Cundu Şam terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO