"Palatka” toyundakı dəhşətli olayın TƏFƏRRÜATI

Hazırda oxunan: "Palatka” toyundakı dəhşətli olayın TƏFƏRRÜATI

59046
Oktyabrın 20-də Ağdaş rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Moderator.az -ın Lent.az-a istinadən verdiyi məlumata görə, rayonun Qarağan Şıxlar kəndində keçirilən sünnət toyu mərasimi zamanı Rusiya Federasiyasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əşrəfli Ərəstun Fizuli oğlu ilə Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Ömərov İsgəndər Qalib oğlu arasında münaqişə baş verib. Münaqişəyə səbəb isə İ.Ömərovn həyətdəki toy məclisində iştirak edən qızlardan birinə baxması olub. Bu hərəkət 21 yaşlı İsgəndərin həyatdan məhrum edilməsi ilə nəticələnib

Hadisədən sonra gizlənən, lakin bir gün sonra polisə təslim olan Ərəstun Əşrəfli deyib ki, İ.Ömərov onun xalası qızına baxırmış. 23 yaşlı oğlan qeyd edib ki, İsgəndərə bununla bağlı xəbərdarlıq edib və kobudluqla qarşılaşıb. Bundan sonra onlar mübahisə ediblər və söhbəti küçədə davam etdiriblər. Burada Ə.Əşrəfli İsgəndər Ömərovu küçənin ortasında bıçaqlayıb və onu yaralı vəziyyətdə qoyaraq avtomobillə uzaqlaşıb. Ağır vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını isə xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO