“Bir qədər kobud müqayisə də olsa Gülər Əhmədova tutulmasına cəhd edilən kərtənkələnin quyruğudur”.
Bunu Ədalət Partiyasının sədr müavini Heydər Oğuz sabiq deputat Gülər Əhmədovanın apellyasiya məhkəməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycanın hüquq sistemi korrupsiya kərtənkələsinin başından yox, quyruğundan yapışdığı üçün bu cür arzuolunmaz vəziyyətlə qarşılaşıb:
“Kərtənkələ adəti üzrə quyruğunu "ovçunun" əlində buraxaraq qaçır. Gövdəni girdiyi yuvadan çıxarmaq mümkün olmadığından quyruğu əldə tutmağın da bir mənası yoxdur. Gülər Əhmədovanı azadlığa buraxmaq indiki halda daha ədalətli mövqe olardı. Adətən kərtənkələ "ovçuları" belə vəziyyətlərdə talesizliklərinə söyə-söyə quyruğu bir kənara atırlar.”




































































































