Marşrut avtobusda dəhşətli anlar: Sərnişin digər sərnişini güllələdi   -ŞOK

Marşrut avtobusda dəhşətli anlar: Sərnişin digər sərnişini güllələdi -ŞOK

Hazırda oxunan: Marşrut avtobusda dəhşətli anlar: Sərnişin digər sərnişini güllələdi -ŞOK

30857

Bu dəqiqələrdə Bakının Yasamal rayonu Bakıxanov küçəsi 18-də güllələnmə hadisəsi baş verib. Hadisə şahidlərinin Moderator.az-a verdiyi xəbərə görə, 6 saylı marşrut avtobusunda bir nəfər başqa bir şəxsə odlu silahdan atəş açıb. Yaralı dərhal ərazidəki maşınlardan birinə qoyularaq, xəstəxanaya aparılıb.

“Kapitalbank”ın Yasamal Filialının qarşısında hazırda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Polisdən bildirilib ki, ölən şəxsin adı Vəfadardır. Hadisəni törədən isə Anar Xəlilov adında biridir. O, artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər yenilənir. Moderator.az-ı izləyin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO