Separatçı Fəxrəddin Abbasov Azərbayacan gətirilməyib -  DTX-dan AÇIQLAMA

Separatçı Fəxrəddin Abbasov Azərbayacan gətirilməyib - DTX-dan AÇIQLAMA

Hazırda oxunan: Separatçı Fəxrəddin Abbasov Azərbayacan gətirilməyib - DTX-dan AÇIQLAMA

261074
“Amnesty International” təşkilatının yaydığı məlumata görə, Azərbaycan əleyhinə radikal çıxışlar edən, separatçı "Talış Muğan Respublikası"nın rəhbərlərindən olmuş, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbasov Rusiyanın Lyubertsı şəhərində saxlanıldığı təcridxanadan yoxa çıxıb. Bəzi mənbələrdə onun Azərbaycana ekstradisiya edildiyi iddia olunur.

Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Təhlükısizlik Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev bununla Modern.az-ın sorğusuna cavab verib.

A.Babayev bildirib ki, Fəxrəddin Abbasovun Azərbaycana ekstradasiyası ilə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsinə heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, F. Abbasov Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında Rusiya tərəfindən federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Luberts Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Abbasov haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO