Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi

Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi

Hazırda oxunan: Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi

236885
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Şöhrət Qədimovun (1987-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.xa0

Ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib.xa0

Şahidlərin köməkliyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa tədim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, məhkumun şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO